"Oğlumun epilepsiyası yox idi, döyə-döyə öldürüblər" - Tələbənin atasından ŞOK SÖZLƏR

"Oğlumun epilepsiyası yox idi, döyə-döyə öldürüblər" - Tələbənin atasından ŞOK SÖZLƏRBir neçə gün öncə Nərimanov rayonunda tələbənin restoran həyətində ölməsi ilə bağlı mərhumun atası Kamal Əskərov Baş prokuror Zakir Qaralova və Bakı Şəhər prokuroruna müraciət edib.

BiG.AZ-ın məlumatına görə, K.Əskərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, oğlu Qalib Əskərov mayın 14-ü, saat 12:29 radələrində Nərimanov rayonunda yerləşən "Şüa" restoranının qarşısında öldürülüb: "Cinayəti törədən şəxslər məlum olsa da, həmin şəxslər barəsində qanuna müvafiq hüquqi tədbirlər görülməyib. Mənim oğlum həmin gün Balabəyov Cümşüd İlham oğlu və qeyriləri tərəfindən öldürülüb, lakin Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanıb və yalnız Cümşüd Balabəyov cinayət məsuliyyətinə cəlb olunub.

Həmin maddə ilə cinayət işinin başlanması tamamilə qanunvericiliyin tələbinə ziddir. Oğlum Rusiya Federasiyasının vətəndaşıdır, Bakıda İdarəetmə və Texnologiya kollecinin ikinci kursunda təhsil alırdı. O, mütəmadi olaraq Azərbaycan ərazisində yaşamaq üçün Dövlət Miqrasiya Xidmətində tibbi yoxlanışlardan keçib, habelə yaşadığı ərazi üzrə sağlamlıq haqqında arayışları olub.

Qalibin epilepsiya və hansısa ürək xəstəliyinin olması haqqında şayiələr yayılıb. Hadisənin baş verdiyi gün Qalib Əskərovun meyiti daxili və xarici müayinə olunub, həmin gün mən ekspertlə söhbət edən zaman o, Qalibin heç bir epilepsiya xəstəliyinin olmamasını, meyitin dilinin yuvada olmasını, yəni dil qatlanma kimi hallarının olmamasını bildirib".

Tələbənin atası qeyd edib ki, baş verənlər yaxınlıqdakı təhlükəsizlik kamerasının yaddaşına da düşüb:

"Hadisənin baş verdiyi ərazidə "Şüa" restoranına məxsus müşahidə kamerasının qeydə aldığı videodan görünür ki, oğlum və onu öldürən şəxslər həmin əraziyə başqa yerdən, yəni kollecin həyətində dava edərək gəliblər. Belə ki, restoranın qarşısına gələn zaman oğlumun həmin gün üzərində olan ağ köynəyinin cırılması, şalvarında dava izlərinin olması aydın müşahidə olunur. Oğluma qarşı həmin şəxslər tərəfindən kollecin qarşısında fiziki zor tətbiq edilməsinə baxmayaraq kollec rəhbərliyi, habelə orada fəaliyyət göstərən mühafizəçilər tərəfindən heç bir tədbir görülməyib.

Kollecin direktoru Faiq Şahbazov hadisənin baş verdiyi gün oğlumun dərsə gəlmədiyini bizə dedi. Daha sonra istintaqla müəyyən olundu ki, Qalib dərsdə olan zaman həmin Cümşüd Balabəyov və digər şəxslər onu kollecdən bayıra çağıraraq döyüblər.

Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın hal-hazırkı gedişatı bizi qanə etmir. Oğlumun ölümündə təqsirli olan bütün şəxslər barəsində ədalətli qərar qəbul edilməsini xahiş edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447