Gənc qız dolu avtobusa mindi, yıxıldı - VİDEO

Gənc qız dolu avtobusa mindi, yıxıldı - VİDEO

Gənc qız hərəkət halında olan avtobusdan yola yıxılıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda magistral yolda qorxulu anlar yaşanıb. Belə ki, dolu olan avtobusa minən qız qapının yanında dayanıb. Lakin şofer qapıları bağlamadan avtobusu idarə etməyə başlayıb.

Bu zaman qapının yanında dayanan gənc qız yola yıxılıb. O, son anda arxadan gələn yük avtomobilinin altında qalmaqdan xilas ola bilib. Yaxınlıqda olan vətəndaşlar dərhal qıza yardım ediblər.

Hadisə yerinə tibb işçiləri gələrək ilkin yardım göstərib. Qız qapıların açıq oduğundan xəbəri olmadığını bildirib.

Həmin görüntüləri təqdim edirik:


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1287 Tarix: 21.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər