Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı - ÖLƏN VAR

Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı - ÖLƏN VARBakıda dəhşətli qətl baş verib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 484   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş