Səidə ifaçısı həbs edilən mahnıya oynadı — VİDEO

Səidə ifaçısı həbs edilən mahnıya oynadı — VİDEO
Müğənni Səidə Sultan “Dolanım başına” mahnısına rəqs edib.
“Ölkə.Az” xəbər verir ki, ifaçı bir müddət öncə ifaçısı həbs edilən “Dolanım başına” mahnısına oynadığı videonu İnstaqram hesabından paylaşıb. O, videoya bu sözləri əlavə edib:

“Dolanım başına dolanım. Ay Cinuş başımızın bəlası . Biz oynayırıq siz niyə qıcıq olursuz? Siz də durun oynayın. Bəzi qurd-quşlara aiddir”.

Sosial şəbəkədə paylaşılan video izləyiciləri qıcıqlandırıb. Onlar görüntüyə görə ifaçını tənqid ediblər. Bəziləri isə təhqirdən də qaçmayıb.

“Belə yüngüllük edirlər, sonra da deyirlər ki, bizə ad verin. Sizə ancaq yüngül artist adın vermək lazımdır”, “Belə yüngülləri axı efirə niyə buraxırlar e?”

Bundan başqa ifaçının rəqsini bəyənənlər də olub.
“Səni çox sevirik Səidə, belə davam et”, “Səhnəmizin şıltaq qızı, çox səmimisən” – deyə ürək sözlərini əlavə edənlər də olub.

Qeyd edək ki, Səidə Sultan aparıcı Nəsib Nurun baldızıdır.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2427 Tarix: 18.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər