Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO

Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO
Bakının "Neftçilər" prospektində nəqliyyat yükünü azaltmaq üçün yeni layihə təklif olunur.

BiG.AZ anews.az-a istinadən bildirir ki, bu barədə Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açılama verib. Onun sözlərinə görə, "Neftçilər" prospektində tıxacın qarşısını almaq üçün yeni layihə ən uğurlu seçim olar.

"İlkin olaraq Bibiheybətdən Zığa qədər dəniz üzərindən körpünün tikintisi nəzərdə tutulurdu. Amma məncə, bu, vəziyyəti dəyişdirməyəcək. Məşhur qrafik dizayner Rəsul Həsən başqa layihə təklif edib. Azneft dairəsi yaxınlığından Yusif Səfərov küçəsinədək körpünün tikilməsi təklif edilir. Bu körpü, faktiki olaraq Neftçilər prospektinin başlanğıcı ilə sonunu birləşdirəcək. Bu da "Neftçilər" prospektində nəqliyyat sıxlığını aradan qaldıracaq, - deyə ekspert əlavə edib.
Bakıda tıxacın qarşısını almaq üçün yeni LAYİHƏ - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1953 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər