"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR

"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR
Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Buta.media Zaur Yusifovun kimliyi ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, dünya kəmərinin sahibi Zaur Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətində yüksək vəzifə tutur.
"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR

Onu da bildirək ki, Z. Yusifov “ZZ” Kikboksinq Klubunun Prezidentidir. Əlavə olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "ƏMƏKDAR İDMAN USTASI" adına layiq görülüb.

Zaur Yusifova mükafatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev təqdim edib.

Onun haqqında qeyd olunur ki, 1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Zaur Yusifov idmana uşaq yaşlarından maraq göstərib. O, 15 yaşından kikboksinqlə məşğul olub. Bu sahədə istedadının olması Zaurun idmana olan həvəsini daha da artırıb və onu ciddi uğurlar qazanmağa sövq edib. İdmançımız indiyə qədər keçirilən bir sıra mötəbər yarışlarda qalib və mükafatçı adını qazanıb.

Zaur kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb.

"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR
"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR
"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR
"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR
"Emin 444"ün qətlini sifariş edən məmur çıxdı - Şok faktlar+ FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6131 Tarix: 16.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol