20 ildir işlətdiyi obyekti vətəndaşdan necə aldılar? - Məhkəmə özbaşınalıqları

20 ildir işlətdiyi obyekti vətəndaşdan necə aldılar? - Məhkəmə özbaşınalıqlarıBakı şəhər sakini Qafarov Sərdar Qafar oğlu Femida.az-a müraciət edib.

O, həm Suraxanı rayon məhkəməsinin, həm də Bakı Apellyasiya məhkəməsinin onun əmlakı ilə bağlı qərəzli qərar çıxardığını bildirib.

Problemi diqqətinizə çatdırırıq:

Vətəndaş 1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Fabrikinin yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi alıb.

Həmin vaxt onunla eyni anda qohumu da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü alıb. Üzərindən 20 il keçdikdən sonra həmin ərazidə tikilmiş maşın təmiri sexinin yaxşı işlədiyini və gəlir gətirdiyini görən S.Qafarovun qohumları obyektin onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət ediblər:

"Mən o obyektə son 2 ildə 12 min manat təmir xərci qoydum və işləri qaydasına saldım. Bundan sonra obyektdə işlər düzəldi, qazanc gəlməyə başladı. Bunu görən qohumum vaxtilə köşkə görə verilən sənədin məhz mənim obyektimin adına çıxaraq iddia etdi ki, guya bura onundur.

Əllərindəki 20 il öncə verilmiş sənəd isə qətiyyən mənim torpağıma aid deyil. Çünki o sənəddə nə dəqiq ünvan var, nə torpağın ərazisi. Sadəcə qeyd olunur ki, Balıq Zavodunun yaxınlığı. Yaxınlığı deyəndə nə nəzərdə tutulur? Bu zavodun 4 tərəfi boşluqdur. Hansı tərəfi nəzərdə tutulur? Həmin zavodla mənim torpağımın arasında 40 metrdən çox məsafə var. İcra Hakimiyyətinin də bildirişində qeyd olunub ki, həmin torpağın yerini müəyyən etmək mümkün deyil.

Obyektin kommunal xidmətləri hamısı atamın adınadır və 20 ildir pulunu biz ödəyirik. Obyekt necə onların ola bilər? Tikilinin arxasında yaşayan ailə var. Mən onların məhkəmədə şahid kimi dindirilməsini istədim. Çünki onlar illərdir o sexin kimə məxsus olduğunu görüblər. Amma hakim Ramil Həsənov buna gərək duymadı və qərəzli şəkildə qarşı tərəfin xeyrinə qərar çıxardı. Apellyasiya şikayəti versəm də, burada hakim Elşən Kazımov eyni ədalətsizliyi nümayiş etdirdi. Torpağın nə eskiz layihəsi var, nə torpaq şöbəsində göstərilmiş yeri var. Heç onların təqdim etdiyi sənədin arxiv idarəsində qeydiyyatı da yoxdur. Onların sənədi olsa belə, bu əraziyə aid deyil".

S.Qafarov iddia olunan ərazinin dəqiq yerini müəyyənləşdirmək üçün ekpertiza keçirilməsini təklif edib və obyektiv qiymətləndirilmə aparılmasını tələb edib. Lakin hakim buna da gərək duymayıb:

"Mən bu işdə qərəz görürəm. Həm Suraxanı rayon məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qarşı tərəfin işi udmasında marağı var. Əks təqdirdə mənim ekspertiza tələbimi geri çevirməzdilər. Məhkəmədə təklif etdim ki, ekspertiza olunsun, baxılsın görülsün, o vaxt satılan ərazi hansı olub. Lakin hakimlər Ramil Həsənov və Elşən Kazımov qərəzli şəkildə mənim heç bir fikrimə qulaq asmadan qərar çıxardı".

Ali Məhkəmənin sədrinə, Prezident Administrasiyasına, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Mayın 20-də Ali Məhkəmədə işə baxılacaq. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut olmadan dəlil olmadan, ekpertiza olmadan 20 ildir işlətdiyim, çörək yerim olan obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq.

Femida.az məsələ ilə bağlı vəkil Rəvanə Əliyevanın fikirlərini öyrənib. Vəkil bildirib ki, məhkəmələr sənədə əsasən qərar verir. Lakin bu işdə yetəri qədər sənəd olmadığına görə qaranlıq məqamlar var:

"İcra Hakimiyyətinin sərəncamında köşkdən söhbət gedir. Orada torpaq ayrılmasına dair, heç bir akt və sənədə istinad olunmayıb. Ola bilsin ki, qohumdurlar deyə uzun müddətdir aralarında şifahi razılaşma olub. Amma belə vəziyyətlərdə mütləq əvvəlcədən yazılı razılaşma olmalıdır. Torpaq İcra Hakimiyyətinin balansında ola-ola faktiki kiminsə istifadəsindədirsə, İcra Hakimiyyətinə müraciət etmək lazımdır. İH torpaqla bağlı öz rəsmi rəyini bildirməlidir. Ən azından bu qədər müddətdə torpaqla bağlı sərəncam və ya akt alınmalı idi. Heç bir layihələndirmə olmadan nəsə demək çətindir. Üstəlik Mülki Məcəllədə var ki, şəxs torpaqda özbaşına tikili tikibsə, həmin tikiliyə onun mülkiyyət hüququ məhkəmə qaydasında tanına bilər".

Vəkilin sözlərinə görə, burada məhkəmə də tam ətraflı araşdırma aparmayıb:

"Məhkəmə qərarda torpaqla bağlı heç nə yoxdur, sadəcə köşkdən söhbət gedir. Və köşkün də ərazisi sərəncamda göstərilməyib. Ərazinin dəqiq kordinatları yoxdur. Ona görə obyektin dəqiq yerini müəyyən etmək mümkün deyil. Belə qaranlıq məqamlarda adətən Ali Məhkəmə işi aşağı instansiyaya göndərir. Məncə bu işdə İcra Hakimiyyəti üçüncü tərəf kimi işə cəlb olunmalıdır. Onlar gəlib öz mövqeyini bildirməlidir. Arxiv sənədlərinə baxılmalı, ekspertiza aparılmalıdır. Ən azından məhkəmə özü İcra Hakimiyyətinə sorğu verə bilərdi. Əgər şəxs məhkəmə araşdırmasından narazı qalıbsa, Ali Məhkəmə Apellyasiya baxışına qaytadıqdan sonra müəyyən vəsatətlər verə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1487   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304