"Zəng vurub qışqırır, hədə-qorxu gəlir" - Videomüraciət Səidəni DƏLİ ETDİ

"Zəng vurub qışqırır, hədə-qorxu gəlir" - Videomüraciət Səidəni DƏLİ ETDİMüğənni Səidə Sultan jurnalist Sara Safuranı polislə, məhkəmə ilə hədələyib.

Sara xanım BAKU.WS-ə açıqlamasında dünəndən bəri Səidə xanım tərəfindən təzyiqlərə məruz qaldığını bildirdi:

"Çoxsayda zəng vurub qışqırır, mesajlar yazır, hədə-qorxu gəlir. Təngə gəldim, zənginə cavab vermədim. Sonra whatsappla yığmağa başladı. Daha sonra başqa-başqa nömrələrdən yığıb məni hədələyir. Məni polisə, məhkəməyə verəcək. Deyir ki, guya mən onun şərəf və ləyaqətini alçaltmışam, təhqir etmişəm. Açığı, onu başa salmağa çalışsam da, dinləmək istəmədi.

Düzdür, mən o videoda bir neçə dəfə Səidə xanıma xitab edirəm. Bu da səbəbsiz deyil. Axı Səidə xanım dəfələrlə efirlərdə sənətçilərin şəxsi həyatına müdaxilə edilməsinə etiraz edib. Mən onun etirazına ümumi cavab vermişəm.

Mən o sözləri Səidə Sultana xitabən söyləsəm də, fikirlərim sırf ona aid deyil. Sənətini dünyalar qədər sevdiyim Alim Qasımov da efirdən desəydi ki, mənim şəxsi işimə qarışmayın və onun da xoşagəlməz hərəkəti olsaydı, bu cavabı verərdim: Elə edin ki, səhv etməyəsiz, biz də məcbur qalıb müdaxilə etməyək.

Xətrini dünyalar qədər istədiyim Elza Seyidcahan da desəydi ki. bizim heç bir şəxsi işimizə kimsə qarışmasın, ona da bu cavabı verəcəkdim.

Demək istəyirəm ki, mən o sözü şəxsən Səidə Sultana deməmişəm, ümumi fikir bildirmişəm. Mən o video-müraciətdə Səidəyə deməmişəm ki, filankəslə eşq münasibətin var, gəzirsən, filankəsin evini dağıtmısan.

Ümumi şou-biznes əhlindən danışmışam və şou-biznesin bəzi qadın müğənnilərinə müraciətimdir. Bizim şəxsi işimizə qarışmayın deməyin. Hamı sizi görür və hər yerdə onların əməllərindən danışırlar. Kimsə onlara cavab verməlidir və bunu mən etdim".

Səidə Sultan jurnalistin sözügedən video-müraciətinin ona aid olmadığını təsdiqlədi:

"Mediada adıma heç bir həqiqətə uyğun olmayan xəbər yayımlandı. Mən üstümə atılan şəri, böhtanı araşdırmalı idim. Araşdırdım və nəticə məni qane etdi. O sözlər mənə xitabən söylənsə də, mənim ünvanıma deyildi. Jurnalist dediyin düzünü yazandır, faktlarla danışan kəsdir. Sübut göstərənə boynum qıldan incədir!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1176   Tarix: 09 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3797
.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3490
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 952
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1306
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 568
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1274
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 529
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 591
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 565