Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT – YENİ FAKTLAR

Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT – YENİ FAKTLARKeçən ilin oktyabrında Bakı şəhər Səbail rayonunda da yaşadığı evə girən oğrunu öldürən 18 yaşlı Abdullayev Faiq Sakit oğlunun işi məhkəməyə göndərilib.

BiG.AZ news24.az-a istinadən məlumatına görə, əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə əməlinə görə barəsində araşdırma aparılan Faiq Abdullayev barəsindəki cinayət işinin maddəsi dəyişdirilib. Onun barəsindəki iş sonradan Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə, yəni, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə maddəsinə tövsif edilib və ittiham aktı təsdiqlənib. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Azər Tağıyevin icraatına verilib. Günahı sübute yetirilərsə universitet tələbəsi olan Faiq barəsində 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Məlum hadisəyə gəlincə, oktyabrın 17-də Daxili İşlər Nazirliyinin "102 – Zəng Mərkəzi"nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiyini, atası Sakitlə rastlaşdığında onu əli ilə vuraraq qaçdığını bildirib.

Dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.
Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Məlum olub ki, Əhəd Həsənov burğacla (otvyorka) silahlanaraq sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb.

Elə bu vaxt Sakit Abdullayev yuxudan oyanıb. Kişi yerindən qalxaraq tualetə gedib və orada kranda isti suyun olmadığını görüb. O, problemin nədən qaynaqlandığını ayırd etmək üçün kombi aparatına tərəf gedib. Orada naməlum şəxsin kombinin vintlərini necə tam gücü ilə açdığını görüb. Ev sahibi oğrunu zərərsizləşdirmək üçün öz oğlunu köməyə çağırıb.

Əhəd Həsənov bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb.

Sonra o, Sakit Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib.

Sakit Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb.
Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Əhəd Həsənovu zərərsizləşdirib. Faiq Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Əhəd Həsənov ölüb.
İstintaq orqanı tərəfindən Sakit Abdullayev və Faiq Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxsin barəsində Səbail rayon Prokurorluğunda istintaq davam edir.
Həsənovsa bu zaman burğacı götürərək Sakit Abdullayevin üstünə cumub onun sol gözünü yaralayıb. Sonra o, Abdullayevi yerə uzadaraq bir-birinin ardınca ona burğacla zərbələr endirib. Abdullayevin köməyə gələn 18 yaşlı oğlu Faiq Abdullayev oğrunun qan içində olan atasını öldürməyə cəhd etdiyini görüb. Bu zaman həyəcanlanmış gənc bıçaq götürərək Həsənovu zərərsizləşdirib. F. Abdullayev nə etdiyinin fərqinə varanda, artıq gec olub, Həsənov ölüb.

Səbail RPİ Faiq Abdullayevi çox gözəl başa düşür və anlayır ki, o, oğrunu öldürmək istəməyib. Faiq hətta ağlına belə gətirməzdi ki, səhər o, oxuduğu doğma universitetinin divarları arasına deyil, istintaq təcridxanasının dəmir barmaqlıqları arasına düşəcək. Faktla bağlı ata və oğul Abdullayevlər saxlanılıb, lakin atanın azad ediləcəyi ehtimalı var.
O da müəyyənedilib ki, Həsənov əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 07 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

TOP MP3