Orucu niyə xurma ilə açırlar? - Ramazana az qaldı

Orucu niyə xurma ilə açırlar? - Ramazana az qaldı
Quranda adı keçən meyvələrdən biri xurmadır. Məhəmməd Peyğəmbər ( s.ə.v.) Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin".
Müsəlmanlar üçün xüsusi yeri olan xurma oruclu halda yaşadığınız halsızlığın qarşısına almağa kömək edir. Mütəxəssislər deyir ki, oruc açarkən ilk olaraq xurma yeyilməsinin səbəbi də xurmanın qan şəkərini balanslı şəkildə yüksəltməsidir. Orucun su və xurma ilə açılması saatlarla ac olan beyin, mədə və bağırsaqların hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Xurma bağırsaqları, ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyətə kömək edir. Buna görə də, iftarı xurma ilə açmaq sağlamlıq üçün olduqca önəmlidir.

Xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70 faiz şəkər olur ki, bu da istənilən meyvədən çoxdur. Xurmanın tərkibi şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1, B2 vitaminləridir.

mənbə: metbuat

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İslam Oxunub: 531 Tarix: 01.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol