"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur Kələntərov

"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur KələntərovDövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov BiG.AZ saytının suallarını cavablandırıb.

- Elnur müəllim, bilirik ki, siz böyük zəhmətlər və savadınız sayəsində bu vəzifəyə təyin olunmusunuz. Məktəb və universitet illərinizi qısa da olsa şərh edərdiniz?

- Mən 1982-ci ildə 96 nömrəli orta məktəbə getmişəm. Mənim qızım da 1-ci sinfə həmin məktəbdə başlayıb. Hazırda isə 27 saylı məktəbdə 10-cu sinifdə oxuyur. Məktəb illərim çox maraqlı keçib. Ümumiyyətlə, məktəb illərində yadda qalan hadisələr 2 hissəyə bölünür. Dərs və dərsdən sonra. Dərs hissəsindən daha çox müəllimlərimiz yaddımda qalıb. Elə müəllimlər var idi ki, dərslərinə həvəslə hazırlaşırdıq. Bəzi müəllimlərin dərsinə isə o qədər də həvəs göstərmirdik. Dərsdən qaçan vaxtlarımız da olub. Təbii ki, bu dərsdən qaçmalar 11-ci sinifin son 2 ayında olurdu. Mənim məktəb illərimin sonu 1990-1992-cı illərə təsadüf edib. Bilirsiniz ki, həmin illər təhsil kənarda qalmışdı. Milli azadlıq hərəkatı, mitinqlər, 20 yanvar hadisəsi, Qarabağ müharibəsi, Xocalı faciəsi, Şuşanın, Laçının işğalı...
Ümumiyyətlə, xatirələrlə yaşamağı, tez-tez keçmişə qayıtmağı sevən adam deyiləm. Keçmişi unutmuram. Amma o dövrə qayıtmağı da sevmirəm. İnsan keçmişdə qalarsa gələcəyi heç zaman qəbul edə bilməz. Keçmişin istər acı, istərsə də şirin xatirələri yaddaşdan silinməməlidir. Çünki o günlər bir daha qayıtmayacaq. Amma qazandığın uğurları isə birmənalı şəkildə unutmalısan. Dayanmadan irəli getmək lazmdır.

- Məktəb illərində hansı müəlliminizi hələ də unutmamısınız?

- Allah rəhmət eləsin, İsgəndər müəllimi unutmamışam. O, bizə dil-ədəbiyyatdan dərs deyirdi. O, bizə ədəbiyyatı sevdirib.

- Elnur müəllim, özünüz də qeyd etdiniz ki, sizin tələbəlik illəriniz çətin dövrə təsadüf edib. Bilirik ki, həmin illərdə tələbələrin bir çox mitinqlərə və azadlıq hərəkatlarına cəlb edilirdi.

- İlk tələbəlik illərim 1993-1997-ci illərə təsadüf etdi. Allah rəhmət eləsin, Ulu öndər ölkə hakimiyyətinə qayıtdıqdan sonra torpaqlarımızın işğalı dayandırıldı. Bütün çətinliklərə baxmayaraq tələbəlik illərinin dadını çıxarmağa çalışırdıq. Ümumiyyətlə, həyatın hər bir çətinliyində gülməyi, sevinməyi, pozitivi tapmağı bacarmaq lazımdır. O zamanlar vəziyyət tam başqa idi- indiki kimi deyildi. Əyləncə, filan da yox idi. Həyat da təhlükəsiz deyildi. Sonra tədricən hər şey yaxşılaşmağa başladı.

- Elnur müəllim, siz Azərbaycan Memarlıq və İnşaat Universitetini Mülki və sənaye tikintisi fakültəsini bitirmisiniz. Bildiyimiz qədər, atanız və bir çox ailə üzvləriniz tikinti sahəsi üzrə inşaat sahəsi üzrə çalışıblar. İlk təhsiliniz bu ixtisas üzrə almağınızda atanızın təsiri olubmu?

- Bizim nəsil inşaatçılar nəslidir. Kələntərovlar nəslinin qədim kökləri var. Əmilərim, onların övladları, atam ixtisasca inşaatçıdırlar. Atam hazırda işləmir. Amma bəzən məsləhətçi kimi fəaliyyət göstərir.

- İnşaat və jurnalistika tam fərqli sahələrdir. Necə oldu ki, məhz jurnalistika sahəsində çalışmağı qərara gəldiniz?

- Hər ikisi yaradıcı və uzun müddət yaşayacaq bir fəaliyyətin məhsuludur. Birində bina, digərində yazı-mətn yaradılır, sanki tikilir. Yazın nə qədər gözəl və oxucu üçün maraqlı olarsa, deməli, sənin "binan" o qədər əzəmətlidir.

- Jurnalistikaya gəlişiniz necə oldu?

- Mənim jurnalistikaya gəlişim təsadüfi oldu. Universiteti bitirəndən sonra inşaatda çalışmağa başladım. Düzdür, tələbəlik illərində radioda aparıcılıq edirdim. Tanınmış və hörmət etdiyimiz jurnalist Elçin Əlioğlu ilə tərəf müqabili idik. İşlədiyim tikinti başa çatandan sonra mən iş axtarırdım. Space kanalına iş üçün müraciət etdim. Orada Nərgiz xanım Cəlilova məni görmüşdü. Müsabiqəni keçdikdən sonra məni işə qəbul edib aparıcılıq təklif etdilər. O zaman təxminən 400 nəfərdən 2-3 nəfər işə götürüldü.

- 7 il jurnalist kimi fəaliyyət göstərmisiniz. O illər ərzində qarşılaşdığınız elə bir hadisə olubmu ki, hələ də unutmamısız?

"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur Kələntərov- Əslində 2016-2018-ci illərdə televiziyada çalışmışam. AzTV-də ictimai siyasi redaksiyada "Günün nəbzi" proqramının redaktoru olmuşam və aparıcısı kimi də efirə çıxmışam. Daha sonra İctimai Televiziyada "Səhər proqramları" departamentinə rəhbərlik etmişəm. Amma televiziyada ən unudulmaz fəaliyyətim məhz 1997-2004-cü illərə təsadüf edir. O zaman mən idman jurnalisti idim. İdman jurnalisti üçün də ən yadda qalan hadisə qələbələrdir. Onlar heç vaxt yaddan çıxmır. Bir də təsadüflərə şübhə ilə yanaşmaq olmaz. Qismətə inanan adamam. 1997-ci ildə mən Space televizyasında idman jurnalisti kimi fəaliyyətə başlayanda ilk çəkilişim Mərkəzi Ordu İdman Klubunda (MOİK) oldu. Mən orada olanda düşündüm ki, nə gözəl hərbi hissədir. İdman üçün hər cür şərait var. Hətta oradakı əsgərlərə həsəd apardım. Halbuki, perspektivdə əsgərlik məsələm yox idi. 2 ildən sonra hərbi xidmətə çağırış vərəqəsi gəldi. Təsadüfi olaraq mən əsgərliyimi həmin hərbi hissədə keçirdim. Oradakı əsgərlərə danışırdım ki, mən bir müddət əvvəl buraya çəkilişə gəlmişəm.

- Cənab prezidentimiz İlham Əliyevdən ilk müsahibə alan jurnalistlərdən biri siz olmusunuz. O zaman keçirdiyiniz hissləri yəqin hələ də unutmamısınız.

- İnsan üçün əlçatmaz zirvə yoxdur. Yetər ki, sən onu istəyəsən və can atasan. Cənab prezidentlə müsahibəmiz tam təsadüf idi. Milli komandamız Sidney Olimpiya Oyunlarına yola salınırdı. Azərbaycan idmançılarının yola salınma mərasimi bugünki Hyatt Regency otelində idi. Cənab prezidentimiz də ailə üzvləri ilə birlikdə tədbirdə iştirak edirdi. Mən orada cənab prezidentimizə müsahibə üçün yaxınlaşdım. Razılıq verdi. Lakin bu zaman konsert başladı. Gördüm ki, musiqinin səsindən mikrofona keyfiyyətli yazılış olmayacaq. Cənab prezidentimiz çox həssas insandır. Özü də hiss elədi ki, narahatam. Bu zaman o bildirdi ki, Elnur, konsertdən sonra müsahibəni davam edərik. Dediyi kimi də oldu. Tədbirin sonunda müsahibəni yazdıq. Çox xoşbəxt idim, çünki o zaman mən bildirdim ki, əgər qələbə ilə qayıtsanız olarmı ki, sizinlə böyük müsahibə edək. Cənab prezidentimiz bu istəyimə də razılıq verdi. Elə oldu ki, komandamız qələbə qazandı. Biz ilk dəfə idi ki, olimpiyada bu cür qələbə ilə qayıdırdıq. Səhər Avstraliyadan xəbər gəldi ki, Zenfira Meftahətdinova qızıl medal qazanıb, efirə hazırlaşmaq lazımdır. Biz o zaman 15 dəqiqə studiyanı hazırlayıb, efirə çıxdıq. Cənab prezidentimiz bizim verilişimiz vasitəsilə bütün xalqı təbrik etdi. Cənab prezidentimiz ölkəyə qayıdanda da siz dediyiniz o müsahibəni "Yolumuz Afinayadır" filmini hazırladıq.
"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur Kələntərov- Bu gün cənab prezidentimiz tərəfindən Vüsal müəllim Dövlət Miqrasiya İdarəsinə rəis təyin olunandan böyük dəyişikliklər olub. Ən önəmlisi mətbuata açıq və sorğular operativ şəkildə cavablandırılır. Siz heç vaxt jurnalistlərə yox demədiniz. Hətta Vüsal müəllimin özü canlı yayımlar vasitəsi ilə insanların suallını cavablandırır.

- Mən bu xidmətdə 6 aydır işləyirəm. Vüsal müəllim ictimaiyyətə açıq və şəffaflığı sevən insandır. İnsanlarla şəxsən əlaqədə olanda etibarlıq artır. Həm də gələcək üçün suallar azalır. Vətəndaşları şəxsən Vüsal müəllim özü hər ayın sonuncu cümə günü qəbul edir. Müasir, tələbkar və innovasiyalara üstünlük verən rəhbərdir. Çalışıram ki, üzərimə qoyulan vəzifənin öhdəsindən gələ bilim. Bu məndə nə qədər alınır bilmirəm. Onu siz jurnalistlər hamıdan yaxşı bilirsiz.

- Son dövrlər bir çox dövlət orqanlarına mətbuat xidmətlərinin rəhbərləri təyin edilir. Bu təsadüfdür, yoxsa televiziya jurnalistləri çətin vəziyyətdən asanlıqla çıxa bilirlər?

- Ümumiyyətlə, jurnalistika qəzetdən başlayır. Əsl jurnalist qəzetdə formalaşır. Qəzet yazarları daha çox araşdırmaya meyilli olurlar. Qələmləri çox iti olur. Televizya jurnalistikası çox fərqlidir. Daha çox çevik olurlar. Qısa dövr ərzində hansısa bir xəbəri hazırlayıb yayırlar. Mətbuat xidmətlərinin də televiziya jurnalistlərindən seçilməsi bəlkə də bundan qaynaqlanır. Həm də televiziya jurnalistləri üçün müsahibə vermək daha rahatdır.

- Hansı hallar sizi jurnalistlərdən küsdürə bilər?

- Heç bir jurnalist məni küsdürə bilməz. Sadəcə, hər bir insan öz işini sevməlidir və peşəkarı olmaq üçün dayanmadan çalışmalıdır. Bu günədək mən də çalışmşam ki, heç bir jurnalisti küsdürməyim.

- Boş vaxtınızı necə dəyərləndirməyi sevirsiniz?

- Boş vaxtlarımı ailəmlə və dostlarımla dəyərləndirirəm.

- Elnur bəy, 2 qız bir oğul atasısınız. Övladlarınızdan jurnalist olmaq istəyəni varmı? Qızlarınızın daha çox hansı ixtisası seçməyini istərdiniz?
"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur Kələntərov- Övladlarım jurnalist olmaq istəsə heç vaxt etiraz etmərəm. Bəzən valideynlər övladlarının onların sənətini davam etdirməsini istəmədikləri ilə bağlı fikirlər səsləndirirlər. Amma mən övladlarıma azad seçim vermişəm. Ona görə də etiraz etməzdim. Amma bilirəm ki, övladlarımda bu sahəyə maraq yoxdur. Böyük qızım xarici dillərə, informasiya texnologiyaları və proqramlaşdırma sahəsinə maraqlıdır. İkinci qızımı həkim kimi görmək istərdim. Özü də meyillidir, amma hələ balacadır. Bəlkə böyüdükdən sonra fikri dəyişəcək, bilmirəm. Oğlum isə hələ balacadır. Onun hansı sahəni seçəcəyini zaman göstərəcək. Əsas odur ki, peşələrinin peşəkarı olsunlar.

Aysel Yusifqızı
Fotolar: Leyla Mustafazadə
"Cənab prezidentimiz çox həssas insandır, mənə dedi ki, konsertdən sonra..." - Elnur Kələntərov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2326   Tarix: 30 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 172
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 881
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 554
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

17:25 0
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 262
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

14:11 676
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 757
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 232
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 397