Qadınlar hansı kişiləri sevir? – FORMULA

Qadınlar hansı kişiləri sevir? – FORMULAGözəl qızlar onları özləri axtarıb tapır, hətta onlarla gecə keçirmək belə istəyirlər. Ancaq başqa cür oğlanlar da var. Onlar qadınlarla münasibət qurmaq haqqında müxtəlif kitablar oxuyurlar, az qala hər gün internetdə qadınlar, onların sevdikləri kişi tipləri haqqında axtarış aparırlar, ancaq nə edirlər etsinlər, əks cinslə münasibət qura bilmirlər.

Bu, onlar üçün çox böyük problemdir. Onlar hər hansı bir qadınının diqqətini cəlb etmək üçün əllərindən gələni edirlər. İndi biz sizə qadınlarla uğurlu münasibət qurmaq, onların sevdiyi kişi obrazına çevrilmək üçün bəzi məsləhətlər verəcəyik.

Kişilərin hansı xüsusiyyətləri qadınları maraqlandırır?

1. Özünə güvən.

BiG.AZ kishi.az-a istinadən bildirir ki,Özünüzə güvəninizi artırın, çünki özünə güvənən kişilər həmişə qadınların diqqətini cəlb edir. Sakit və qərarlı olun. Təkbaşına ən çətin problemlərin öhdəsindən gəlməyi öyrənməlisiniz. Qadın sizinlə möhkəm divarın arxasındakı kimi təhlükəsiz və rahat hiss etməlidir. İstənilən situasiyada özünüzü əsl kişi kimi aparın. Heç vaxt kiminsə yanında özünüzdən əmin olmadığınızı və ya qorxduğunuzu hiss etdirməyin. Əgər zəifliyinizin üzərinizdə qələbə qazanmağına icazə versəniz, həmin dəqiqə qadının qarşısında seksuallığınızı itirib adi, sıradan biri olacaqsınız. Əgər kişi bəyəndiyi qadına yaxılaşıb, onunla tanış olmağa cürət etmirsə, o, heç vaxt əks cinsin nümayəndələri arasında lazım olan hörməti qazanmayacaq.

Çalışın ki, qadınınızın gözündə həmişə əsl kişi olun. Ona hər şeyə qadir olduğunuzu göstərin. Hər sahədə uğurlu olmağa çalışın: universitetdə, işdə, biznesdə. Unutmayın, problemlər öz özünə həll olmur. Başqa yerdən kömək gözləmək mənasızdır, problemlərinizi özünüz həll etməlisiniz. Çalışın ki, ona ətrafdakı insanların fikrindən asılı olmadığınızı, tamamilə müstəqil olduğunuzu göstərəsiniz.

2. Uğurlu kişilər.
Heç fikir vermisiniz, qadınlar uğurlu kişiləri necə sevirlər? Əsl idmançıların onlara necə təsir bağışladığına fikir vermisiniz? Bəli, idmançının əzələli, seksual bədəni qadınları özünə cəlb edir. Kişinin müəyyən uğurlara nail olduğunu görən qadın diqqətini ona yönəltməyə bilmir.

Bu tip kişilər durmadan qarşılarına qoyduqları məqsədə doğru gedirlər. Televizorun qabağında kök salmağın, içməyin və həyatdan şikayətlənməyin əvəzinə, məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər. Nə olur olsun, getdikləri yoldan geri çəkilmir, axıradək mübarizə aparırlar.

Bütün bunlar heç də o demək deyil ki, siz mütləq ya məhşur idmançı, ya da müğənni olmalısınız. Siz sadəcə həyatda öz yerinizi tapmalı, maraqlandığınız sahədə uğurlu olmağa çalışmalı və idmanla məşğul olmalısınız. Qadınlar həmişə özlərini inkişaf etdirən kişilərin yanında olmaq istəyirlər. Məhz bu cür kişilər qadınların xoşuna gəlir. Bu özəlliklərə sahib olduğunuz zaman artıq siz vaxtınızı sevgili tapmağa sərf etməyəcəksiniz. Onda nə baş verdiyini anlamadan bir də görəcəksiniz ki, artıq bəyəndiyiniz qadınla münasibət qurmusunuz.

3. Yaxşı yumor hissi olan kişilər.
Hər bir qadın üçün onu güldürən, əhvalını yüksəldən kişilər daha cəlbedicidir. Ünsiyyətcil olun, ona qarşı laqeyd olmadığınızı göstərin. Susaraq özünüzə qapanmayın, necə varsınızsa, elə də davranın. Onda sizin qadınlarla münasibət qurmaqla bağlı hansısa probleminiz olmayacaq.

4. Xarici görünüşünə əhəmiyyət verən kişilər.
Güzgüyə baxanda necə göründüyünüzə fikir verin. Bəlkə özünüzdə nəyisə dəyişməlisiniz? Sevdiyiniz qadında özünüzə qarşı xoş təəsürat yaratmağınız çox vacibdir. Burada söhbət plastik əməliyyatdan getmir. Səliqəli olmaq və şəxsi gigiyenanıza nəzarət etmək kifayətdir. Geyiminizə fikir verin, tez-tez qadın dostlarınızla geyiminiz barədə müzakirələr aparın. Onların verəcəyi məsləhətlərə diqqətlə qulaq asın, axı bu bir qadın tərəfindən gələn məsləhətdir, ancaq məsləhət nə olursa olsun, çalışın, özünüzü rahat hiss etdiyiniz paltarlar geyinəsiniz. Bu zaman isə dəb və stil haqqında düşünməyi unutmayın. Bunlar geyimin ən vacib detallarındandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1434   Tarix: 28 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 498
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 305
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 170
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 168
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 228
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 439
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 506
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 254
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 416