"Sənə kişi olmaq çox yaraşdı" - Cinsiyyətini dəyişən bacısını belə təbrik etdi - FOTO
Modelyer Eliz Sakuçoğlunun bacısı Duygu ötən ilin mart ayında cinsiyyətini dəyişib.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatla kişi olan Duygu adını da dəyişərək Poyraz qoyub.
Eliz Sakuçoğlu 33 yaşını qeyd edən qardaşının doğum gününü bu sözlərlə təbrik edib:
"Sən mənim həyat ağacımsan. Ana və atamın ərmağan etdiyi ən dəyərli varlıqsan. Təcrübələrinlə həyatıma işıq tutan ən güvənli limanımsan. Qardaşların ən igidisən. Poyraz olmaq sənə çox yaraşdı".
Poyraz da bacısının bu təbrikinə belə cavab verib: "Mənə özümü sevməyin vacib olduğunu öyrətdiyin üçün çox təşəkkür edirəm".
Aysu
BiG.Az


Şou biznes Baxılıb: 1912 Tarix: 26 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş