"Gündəm xatirinə ad günü edirlər" - Namiq tənqid etdi

"Gündəm xatirinə ad günü edirlər" - Namiq tənqid etdiMeyxanaçı Namiq Qaraçuxurlu ad günü keçirən sənət adamlarını tənqid edib.

BiG.AZ-ın məlumatına görə, "Səhər-səhər" verilişinə qonaq olan sənətçi bildirib ki, ad günü etməyi xoşlamır:

"Şou-biznesdəkilər gündəmə gəlmək üçün ad günü edirlər. Şəkil çəkdirib paylaşsınlar. Başımın daşıdır, adam nə qədər ad günü keçirər? Adam var hər il uşağına ad günü edir. Nə qədər olar? Öz toyuma adam çağıranda utanırdım".

Aparıcı Elgiz Əkbər isə "Adam bir az utanar da... Uşağına sünnət edir, ad günü edir çağırır, gəlirik. Öldük axı sizə hər il pul verməkdən" deyərək, onun sözlərini təsdiqləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 583   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş