Bankdan götürdüyü krediti itirdi, yol polisi tapıb qaytardı - FOTO

Bankdan götürdüyü krediti itirdi, yol polisi tapıb qaytardı - FOTOOğuzda Dövlət Yol Polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BiG.AZ-a verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar.

Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib.

Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Bankdan götürdüyü krediti itirdi, yol polisi tapıb qaytardı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 936   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

DiGƏR XƏBƏRLƏR

Arıqlamaq istəyənlərin diqqətinə! Teff çayı ilə sağlam arıqlayın

Məhsul haqqında. Teff toxumlu çayının içilmı qaydası:Gün ərzində bir dəfə səhər yeməyindən 20 dəqiqə əvvəl ac qarnına içilir.Qaynanmış,qaynar suya əlavə edib 8-10 dəq dəmlənməsini gözləyirsiniz,daha sonra qarısdırıb,çöküntü ilə birlikdə içirsiz. Metrolara Çatdırılma Pulsuz !. WhatsApp +994 55 239 5

18.11.2019 758

Təbii, cinsi aktivliyi artıran vasitə

Məhsul haqqında. Tərkibində cinsi aktivliyi, cinsi istəyi və potensiyanı artıran yohimbe kökündən hazırlanan afrodizyak ekstraktı, Peru Maca kökü, Muira puama qabığı və jenşen ekstraktları unikal dəsti daxildir. Yohimbe kökü güclü cinsi stimulyatordur, hansıki, güclü ereksiya yaradır. Muir Puam qabığını

15.11.2019 674

Ətirlərə ŞOK ENDİRİM

da ŞOK KAMPANİYA ! Bütün ətirlərə ŞOK ENDİRİM! . Şirin, acı, turş, tünd, açıq istədiyiniz hər növ yüzlərlə çeşidli ətirlərSEBET.AZ saytında. Kampaniyanın vaxtı bitmədən saytına daxil olun, keyfiyyətli və qalıcı ətirlərimizdən faydalanın. Əldə etdikdən sonra, əminliklə razı qalacağınıza təminat veririk

05.11.2019 464