ARB TV möhtəşəm konsert proqramı təşkil edir - FOTO

ARB TV möhtəşəm konsert proqramı təşkil edir - FOTO

Hər zaman ilklərə imza atmaqla tamaşaçıların qarşısına çıxan ARB telekanalı bu dəfə də öz ənənəsinə sadiq qalıb.

Belə ki, telekanalın ən çox baxılan layihələrindən olan "Söhbət var" proqramı bu dəfə bol şou, yumor, əyləncə və musiqi dolu bir konsert porqramı ilə tamaşaçıların qarşısına gəlir.

31 may, saat 19:00-da "Heydər Əliyev Sarayı"nda baş tutacaq konsert proqramının aparıcısı, ARB telekanalının məşhur siması, əməkdar artist Dilarə Əliyeva olacaq. Bununla yanaşı şou-biznesin məşhur simaları da öz ifaları ilə konsertdə daha da rəng qatacaqlar.

Konsertdə iştirak etmək istəyən hər kəs, şəhərin istənilən kassalarından biletləri əldə edə bilərlər.

Qeyd edək ki, konsert proqramı ARB TV və Heydər Əliyev Sarayının birgə təşkilatı ilə ərsəyə gəlib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 327 Tarix: 24.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol