Obamadan Beyonsla bağlı paylaşım

Obamadan Beyonsla bağlı paylaşımAmerikanın keçmiş birinci xanımı Mişel Obama sosial şəbəkədə pop ulduz Beyonsla bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Homecoming: A Film by Beyoncé" sənədli filminin uğur qazanmasıdır.

M. Obama "Netflix"də yayımlanan layihə barədə tvitterdə belə rəy yazıb: "Qızım, məni qürurlandırdın. Səni sevirəm! Qarşımızdakı illərdə dünyanı silkələyəcək nəsillərə tariximizi, həqiqətləri danışaraq ilham verdin. Canım dostum, həqiqətlərdən danışmağa davam et".

Qeyd edək ki, sənədli film Beyonsun "Coachella 2018"dəki unudulmaz çıxışı və qara dərililər barəsindədir.

Obamadan Beyonsla bağlı paylaşım


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1019   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş