Direktor "dəvət etsək də, gəlmir" dedi - Leyla isə təkzib etdi

Direktor "dəvət etsək də, gəlmir" dedi - Leyla isə təkzib etdiMərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva haqqında səsləndirilən ittihamlarla bağlı ilk dəfə açıqlama yayıb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, direktor məktəbdəki bir çox problemlərlə bağlı sosial şəbəkədə paylaşım edən kimya müəlliməsi Leyla Ucalı dəfələrlə məktəbə dəvət etsə də, müəllimənin onun müraciətlərinə cavab vermədiyini bildirib:

"Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilsə də, təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər müəllimə internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük.

Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var".

Leyla Ucal məsələylə bağlı bildirib ki, direktor tərəfindən ona hər hansı bir müraciət olunmayıb:

"Yalandır, direktor məni məktəbə dəvət etməyib. Bu günə kimi mənə heç bir müraciət olunmayıb. Nazirlik tərəfindən də xüsusi açıqlama verilmir. Prosesi mətbuatdan izləyirəm.

İnanıram ki, ictimai qınaq olduğuna görə ədalətli araşdırılma aparıla bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26.04.2024 210
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26.04.2024 301
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 153
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26.04.2024 267
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26.04.2024 1020
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 720