Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Əksər turistlər üçün "ucuz Avropa" ifadəsi sadəcə pis zarafat kimi səslənir və kinayəli gülüşdən başqa heç nəyə səbəb olmur, elə Almaniyadakı biletlərin qiymətini xatırlamaq kifayətdir ki, həqiqətin bundan nə qədər uzaq olduğunu anlayasan.
Avropa ittifaqının sərhədləri getdikcə genişlənir və daha çox ölkələri, müxtəlif rəngarəng, unikal mədəniyyətə malik paytaxtları özündə birləşdirir.
Biz bu gün Avropa ən ucuz paytaxtların hansılar olduğunu aydınlıq gətirməyə çalışacağıq.

İlk öncə gəlin ona aydınlıq gətirək ki, bu siyahının tərtibi zamanı hansı meyarlara üstünlük verilib.
"Ucuz komfort" anlayışını təyin etmək üçün ən vacib məfhum "hardship level" –daha sadə dillə desək, əcnəbi turist üçün eyni ölkə daxilində ən azı bir şəhərdən digərinə getmək zamanı qarşılaşdığı çətinliklər səviyyəsidir.
Nəzərə alın ki, 40% göstərici yadellilər üçün "son dərəcə çətinliklər" səviyyəsi hesab olunur. Bu siyahıda belə göstərici çox yuxarı qalxsa da digər komponentlər ilə, məsələn yerli mətbəxin və ya şəhər daxili nəqliyyatın çox ucuzluğu ilə kompensasiya olunur.
İslamazeri.az Avropanın ən ucuz paytaxt şəhərlərini təqdim edir:
Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Kişinyov, Moldova
Valyuta: Moldova leyi (молд. leu)
Dil: Moldovan dili (Demək olar ki rumın dili ilə eynidir)
Hava: isti quru yay və mülayim qış
Hardship level: 30%,
Ən Ucuz: ərzaq-qida malları
Korrupsiyanın səviyyəsi:2,9.
Maraqlı yerləri: Açıq səma altında muzey –Qədimi Orxey Qərbi Avropanın 10 ən maraqlı görməli yerləri sırasında daxil olmuşdur. Dünyanın ən iri səyahət agentliyi olan Lonely Planet tərəfindən tərtib olunmuş reytinqdə isə o 4-cü yeri tutmuşdur. Qədimi Orxey Kişinyovun 60 km-də yerləşən keçmiş dövrlərə məxsus bir şəhərcikdir. Burada yerləşən və bu günümüzə qədər gəlib çıxmış kilsə, monastır və muzeylərin bəzilərinin hətta 700 ildən çox yaşı var.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Buxarest, Rumıniya
Valyuta: Rumın leyi,
Dil : Rumın
Hava: isti və nisbətən boğucu yay və mülayim qış, belə iqlim şəhərin nisbətən aşağı coğrafi enlikdə yerləşməsi ilə izah olunur
Hardship level: 30%,
Ən ucuz: tütün və ərzaq malları
Korrupsiyanın səviyyəsi: 3,7
Maraqlı yerləri: şəhər memarlığının qeyri-adi gözəlliyi və yaşıl mənzərəli bulvarlarına görə Buxaresti 1930-cu ildən bəri balaca Paris adlandırırlar.
"Parlament sarayı" ölçüsünə görə Pentaqondan sonra ikinci ən nəhəng binadır.
"Kənd muzeyi" isə dünyada belə tipdə olan ən böyük muzeydir.
Snaqov monastırı da turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Skopye, Makedoniya
Valyuta: Dinar,
Dil: Makedoniya və alban dili
Hava: rütubətli, subtropik iqlim, isti və rütubətli yay
Hardship level: 30%
Ən ucuz:gündəlik ərzaq malları
Korrupsiyanın səviyyəsi: 4,1.
Maraqlı yerləri: Müqəddəs Tereza ana məhz Skopyedə doğulmuşdur. Buna görə də şəhər başdan-başa bu müqəddəs, məşhur qadının baş çəkmiş olduğu yerlər ilə doludur.
Vardar çayı üzərindəki daş körpü isə Skopyenin simvolu hesab olunur.
Həmçinin 15-ci əsrdə tikilmiş Davut Paşa hamamı və Minilliyin Xaçı (Mileniumski Krest) əsas turizm obyektləridir.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Priştina, Kosova
Valyuta: Avro,
Dil: alban
Hava: rütubətli, kontinental iqlim, mülayim qarlı qış
Hardship level: 40%,
Ən ucuz: təhsil və qida məhsulları
Korrupsiyanın səviyyəsi: 2,8
Maraqlı yerləri: Kosova İncəsənət qalereyası, Böyük Hamam kompleksi, Hermiya parkı, Sultan Murad Məqbərəsi, Ulpiana şəhərinin qalıqları.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Sofiya, Bolqarıstan
Valyuta: bolqar levi,
Dil: bolqar dili
Hava: yaz Sofiyada çox erkən başlayır, amma uzun davam edir, amma belə coğafi mövqedə yerləşməsinə baxmayaraq yay nisbətən sərindir, amma bəzən temperatur 35 °C dərəcəyə və daha yuxarı da qalxa bilər. Burada hava daha tutqun və yağışlı olur, bu isə onu digər Aralıq dənizi iqliminə malik şəhərlərdən fərqləndirir, belə ki həmin iqlimin əsas xüsusiyyəti çox qaynar və demək olar ki yağıntılarsız yaydır.
Hardship level: 30%,
Ən ucuz: kommunal xidmətlər və xidmət haqları
Korrupsiyanın səviyyəsi: 3,6.
Maraqlı yerləri: Sofiya –Balkanın ürəyidir: Egey dənizi 300 km, Qara dəniz –400 km, Alp dağları –Rila –100 km, Pirin –200 km, Olimp 400 km məsafədə yerləşir, bundan əlavə Dunay çayı, Saloniki, Afina, Belqrad, İstanbul kimi şəhərlər də coğrafi baxımdan çox da uzaq deyillər. Vitoşa dağları (2290 m), Vitoşa Milli Parkı və Boyansk şəlaləsi əsas turizm obyektləridir, burada trekkinq də həyata keçirmək mümkündür. "İskar" və "Pançerovo" bəndləri sayəsində burada yelkənli qayıq və avarçəkmə yarışları təşkil olunur, həmçinin balıqçılıq həyata keçirilir. Qara məscid də görməli yerlər sırasındadır.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Tirana, Albaniya
Valyuta: Albaniya leki.
Dil: alban
Hava: Tirana dağlar-arası vadidə yerləşir, Adriatik dənizindən 40 km-də yerləşir. Regionun iqlimi subtropik, Aralıq dənizi iqlimidir.
Hardship level: 40%.
Ən ucuz: istehlak malları və tibb xidmətləri
Korrupsiyanın səviyyəsi: 3,3.
Maraqlı yerləri: Bəlkə də bu siyahıda ən maraqlı şəhərlərdən biri Tiranadır. Elə birinci ondan başlayaq ki, paytaxtın meri Edi Rama –keçmişdə adi küçə rəssamı olmuşdur. Onun ilk qərarlarından biri şəhəri boya ilə təchiz etmək və şəhərin, boz, darıxdırıcı görkəmini dəyişərək, paytaxtı rəngarəng, parlaq boyalar ilə rəngləmək olmuşdur. Nəticədə bir vaxt birtonlu, saya və post-kommunist təsir bağışlayan şəhər əlvan və sevincli bir məkana çevrilmişdir.

Avropada ən ucuz paytaxtlar hansılardır? (Foto, Məlumat)Sarayevo, Bosniya və Herseqovina
Valyuta: Bosniya Valyutası,
Dil: bosniya, xorvat, serb dilləri
Hava: orta kontinental iqlim
Hardship level: 40%,
Ən ucuz: təhsil və məişət xərcləri
Korrupsiya səviyyəsi: 3,2.
Maraqlı yerləri: Milyaçka çayı üzərində asılmış "Kozi Körpüsü" şəhərin ən maraqlı, görməli yerlərindən biridir, onun yanında həmçinin Prinsip muzeyi yerləşir.
"Çarşı " bazarı və "Bar-çarşı" ticarət meydanı hələ qədim zamanlardan Sarayevonun ən görməli yerlərindən biri hesab olunur. Onlar daha çox Göyərçin meydanı ilə dünyada məşhurluq qazanıb. Bura yüzlərlə göyərçinin sevimli məkanıdır.
Yaxınlıqda Qazı-Xosrov-Bəy və Brusa ticarət meydanları yerləşir, bir zamanlar bura Böyük ipək yolunun ən vacib dayanacaqlarından biri olmuşdur.

Qeyd: Yazı "Avropa Müstəqil Turist Assosiasiyası" tərəfindən təqdim olunmuş məlumatlar əsasında hazırlanmışdır.

mənbə: islamzeri.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7718   Tarix: 30 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882