Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı - QƏRAR

Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı - QƏRARAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri "ASAN ödəniş" sisteminə inteqrasiya olunub.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini "ASAN ödəniş" sistemi vasitəsilə ödəyə bilərlər.

"ASAN ödəniş" sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlər "ASAN ödəniş" sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1199   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 496
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

07.05.2024 372
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

07.05.2024 893
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 248
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

07.05.2024 127
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 114
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108