Bu FAKTLAR sizi dəhşətə gətirəcək: Valideynlər 14 yaşlı qızlarına qarşı görün nə edirlər... - FOTO

Bu FAKTLAR sizi dəhşətə gətirəcək: Valideynlər 14 yaşlı qızlarına qarşı görün nə edirlər... - FOTOBir müddət əvvəl Sumqayıtda azyaşlı qızların ərə verilməsi xəbəri yüngül ifadə etsək, ölkə vətəndaşlarını məyus etmişdi.

Ata öz körpə balasını yad, yaşlı kişinin ixtiyarına verir ki, onunla necə istəyirsən davran. Rəsmi nikaha yaşı düşməyən qızcığazın başına min oyun gətirilir, gündə min dəfə öldürülüb-dirildilir və sonda körpə balaları ilə küçəyə atılır. 13 yaşlı Gülnar (ad şərtidir) sığınacağa gələrək, xilas edilməyini istəmişdi.

Digər qızımızda vəziyyət daha da acınacaqlı idi. Stereotiplərin tüğyan etdiyi Corat qəsəbəsinin məktəb direktoru valideynlərlə daim görüşüb söhbətlər etsə də, hətta, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu işə cəlb olunması, valideynlərlə görüşlər təşkil edilməsi nəticə vermir.

14 yaşlı Elnarəni (ad şərtidir) ana özündən böyük oğlanla nişanlayır. Qız öz sirrini məktəbin müdiriyyətinə və psixoloquna danışır...

Bununla bərabər, bir çox hallarda 14-15 yaşına çatmamış uşaqların valideynlərinin basqısı ilə erkən nikahlar qurmaları, həmçinin ailədə zorakılığa məruz qalmaları kimi hallar bütün dünyada kəskin problemlərdən sayılır. Eyni zamanda kifayət qədər firavan ölkələrdə dünyaya gəlmiş uşaqlar da bu kimi hallardan sığortalanmayıb.

Milli.Az öz ailəsinin əsirinə çevrilmiş bir neçə yetkinlik yaşına çatmamış uşağın həyat hekayəsi ilə oxucuları tanış edir.

Atadan xilasolma

Atasının 15 yaşlı rusliyalı qız uşağını zorla Türkiyədə saxladığı noyabr ayının əvvəllərində bəlli oldu. Qız Türkiyədə zorla saxlanıldığını, atasının onu başlıq pulu qarşılığında ərə verməyi planlaşdırdığını söylədiyi, həmçinin intihar edəcəyini bildirdiyi videomüraciəti təhsil aldığı dini məktəbdəki sinif yoldaşına ötürüb. Hekayə dərhal jurnalistlərin, Rusiyanın hüquq-mühafizə orqanlarının və Anna Kuznetsovanın uşaq ombudsmanı aparatının əməkdaşlarının diqqətini çəkdi.

Bu FAKTLAR sizi dəhşətə gətirəcək: Valideynlər 14 yaşlı qızlarına qarşı görün nə edirlər... - FOTOQızın atasının fotosu.

KİV-in yayımladığı məlumatlara görə, qızın valdeynləri bir neçə il əvvəl boşanmış, atası islam dinini qəbul etmiş və yenidən ailə quraraq, Türkiyəyə köçmüşdü. Məktəbli qız anası ilə Sankt-Peterburqda yaşayırmış. 2016-cı ildə qızın anası vəfat etmiş və qız nənəsinin himayəsində qalmışdı. 2017-ci ilin yayında qız atasıgilə yay tətili müddətinə qonaq getmək qərarına gəlmiş, lakin artıq ondan sonra vətəninə qayıda bilməmişdi.

Məktəbli qızın sözlərinə görə, atası bütün sənədlərini və mobil telefonunu əlindən alaraq, onu dini məktəbə yazmış və çadraya bürünməyi məcbur etmişdi. Uşaq ombudsmanının məlumatına görə, oktyabr ayında məktəbli qız bir sinif yoldaşının köməyi ilə Rusiyada yaşayan nənəsilə xalasına atasının yeni ailəsində döyüldüyünü bildirdiyi ismarıc yollamışdı. Nənəsigil İstanbula gələrək, gizli şəkildə qızı məktəbdən aparıblar. Atası Türkiyənin uşaq polisinə ərizə ilə müraciət etdikdən sonra, qız yaxınları ilə birgə Rusiya diplomatik missiyası ərazisində qalmağa məcbur olub.

Tezliklə atanın qızının Türkiyəni tərk edərək, Rusiyaya qayıtmasına razılıq verdiyi məlum oldu. O, noyabrın 7-də vətənə qayıtdı. Rusiya İK-sində qızın Türkiyədəki həyat şəraiti ilə bağlı bütün təfərrüatları, o cümlədən sosial şəbəkələrdəki yazışmalarını nəzərdən keçirməyi planlaşdırdıqlarını bildirdilər. Məktəbli qızın atasına qarşı artıq yetkinlik yaşına çatmamış şəxsin intihara vadar edilməsi təqsiri ilə cinayət işi açılıb, onun həmçinin tərbiyə etmək hüququndan məhrum edilməsi nəzərdə tutulur. Hazırda vəziyyət İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə Sankt-Peterburq Uşaq ombudsmanı Svetlana Aqapitovanın nəzarətindədir.

Qızın atası, öz növbəsində, valideyn hüquqlarını müdafiə etmək üçün qızının dalınca Rusiyaya gəlmək niyyətində olduğunu söyləyib. Jurnalistlərə davranışını qızının Rusiyada yaşayarkən, "əxlaqsız həyat tərzi" sürdüyünü düşünməsi ilə izah edib.

"Bu nikahdan qurtuluş mənim həyatımı xilas etdi"

Uşaqların nikahları ilə bağlı problem inkişaf etməkdə olan ölkələrdə ən aktual problemlərdən sayılır. Lakin firavan dövlətlərin də sakinləri bu kimi hallardan sığortalanmayıb. Belə ki, Böyük Britaniyada övladlarını zorla evləndirən və ya ərə verən valideynlər üçün nəzərdə tutulan cəza məsuliyyəti yalnız 2012-ci ildə tətbiq olunub. Düzdür, həmin zamana qədər ölkədə artıq bir neçə il idi ki, bu problemlərlə məşğul olan xüsusi bir şöbə fəaliyyət göstərirdi: sözügedən idarənin məlumatlarına görə, 2011-ci ildə valideyn özbaşınalığının ən gənc qurbanı beş yaşlı qız olub.

2015-ci ildə "The Guardian" qəzetində gəncliyində zorla evliliyə məcbur edilən bir qadının anonim məktubu dərc olundu. Məktub hadisədən on il sonra yazılmışdı. On il öncə britaniyalı qız ərə verilərək Hindistana göndərilmişdi. Məktubda o, anasına valideynlərinin basqısı altında ailə qurduğunu xatırlatmış, anasının onu evlənməyə məcbur etdiyi əsas bəhanələrdən biri kimi intihar edəcəyi ilə hədələməsini bildirmişdi.

"O günlə bağlı heç nə xatırlamıram, yalnız o ərəfələrdə özümü pis hiss etdiyim və möhkəm arıqladığım yadımdadır. Sənin yadındadırmı? Sonralar mənə travmasonrası sinir pozğunluğu diaqnozu qoyuldu, odur ki, xoşbəxtlikdən şüurum özü mənim üçün son dərəcə ağır olan xatirələri yaddaşımdan "pozdu". Yalnız onu xatırlayıram ki, nikahımız Hindistanda iki yüz nəfərdən artıq qonaq-qaralı möhtəşəm bir hadisə olmuşdu".

Bu nikah cəmisi 10 gün davam etdi - ondan sonra məktubun müəllifi Londona qaçmış və nikahın ləğv edilməsinə artıq Britaniyanın paytaxtında müvəffəq olmuşdu. Sonralar o, qadın hüquqlarını müdafiə edən hərəkatın fəal üzvlərindən birinə çevrildi, lakin, məktubda qeyd edildiyi kimi, buna uzun illərin terapiyasından sonra müvəffəq olub. Məktubda deyilir: "Bu nikahdan qurtuluş həyatımı xilas etdi". Qadın bir daha valideynləri ilə görüşmədi.

Dərsdən sonrakı toy

Məcburi nikahlar ABŞ-da da problem olaraq qalmaqdadır. Bütün dünyada olduğu kimi, uşaq hüquqlarının müdafiəsi uğrunda hərəkatlara, əsasən, özləri vaxtilə valideyn basqısının qurbanına çevrilmiş adamlar qoşulur. Bu baxımdan, bu ilin iyun ayında 1983-cü ildə zorla ərə verilən Trevisiya Uilyamsın hekayəsi məlum oldu. Nikaha vadar ediləndə, cəmisi 14 yaşı var imiş. Həmin gün, Trevisyanın sözlərinə görə, o, yalnız məktəb tamaşasında rol almaq barədə düşünürmüş. Məktəbdən çıxdıqda isə anası onu evə yox, evlənmə haqqında sənədləri imzalamaq üçün məhkəməyə aparıb.

"Sən bu gün ərə gedirsən", - deyə əlində kitab-dəftəri ilə məktəbdən çıxan qızın anası dedi. Beləliklə, qızcığazı uşaqlığından ayıran məhkəmə binasına çatmaq üçün tələb olunan cəmisi 45 dəqiqəlik yol idi.

Potensial nişanlı həm də daimi işi olmayan 26 yaşlı birisi idi. Qızın yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona qarşı göstəriləcək hər hansı bir yaxınlıq qanun nöqteyi-nəzərindən təcavüz (zorlama) cəhdləri kimi təsnif edilə bilərdi. Qanunlara bu şəkildə göz yummaq təşəbbüsü əksər hallarda yetkinlik yaşına çatmayanlarla qeyri-bərabər nikahlar qurmaq cəhdindəki əsas amillərdən biridir.

Bütün sənədləri qızın əvəzinə anası imzalayıb. Ciddi tərbiyə mühitində böyümüş Trevisiyanın valideynlərinə etiraz edə biləcəyi ağlasığmaz idi. Bir ildən sonra, 15 yaşında ikən, o, hamilə qaldı. Özü 16, qızı təxminən bir yaşında olanda isə əri 21 yaşlı qonşuları qızın şikayəti əsasında təcavüz təqsiri ilə məhkum edildi. Lakin o halda da qız boşanma üçün müraciət edə bilmədi - qanuna görə, lazımi sənədlərin rəsmiləşdirilməsi üçün 17 yaşının tamam olunmasını gözləməli idi. Ondan sonra tənha ana olan Trevisiya yerli həbsxanada işə düzələrək, addım-addım öz azadlığını bərpa etməyə başladı. Gündüzlər çalışdı, gecələr isə hüquq kollecini bitirmək üçün dərs oxudu. Hazırda hüquqşünas fəaliyyəti göstərən 50 yaşlı qadın "Mən öz həyatımı geri aldım" deyir.

Həbsxana olan ev

Bir çox valideynlər çoxsaylı erkən nikahları əsrlərlə qorunub-saxlanan ənənələrlə və uşağın gələcəyinə qayğı göstərilmələrilə izah etsə də, valideynlərin sırf şəxsi fikirləri ilə inanclarına əsaslanaraq, öz övladlarını əsir etdikləri hallar da az deyil. 2016-cı ilin sonunda Kemerovo vilayətində yetkinlik yaşına çatmayanların işi üzrə inspeksiyanın əməkdaşları bir qızı, sözün həqiqi mənasında, valideyn evindən xilas etdi.

Hadisədən az əvvəl yerli məktəblərin birində təhsil alan qızın uzun müddət məktəbə gəlməməsi müəllimlərin diqqətindən yayınmamışdı. Məsələni aydınlaşdırmaq üçün uşağın valideynlərilə əlaqə saxlamağa çalışsalar da, onlar müəllimlərlə danışmaqdan imtina ediblər. O halda məktəb işçiləri yetkinlik yaşına çatmayanların işi üzrə komissiyaya müraciət ediblər. Polis əməkdaşlarının müşayiəti ilə məktəbli qızın evinə gələn Qəyyumluq şöbəsinin müfəttişləri ilə nümayəndələri içəriyə yalnız qızın atası ilə uzunsürən danışıqlardan sonra daxil ola biliblər və Daxili İşlər Nazirliyinin regional Dövlət İdarəsinin mətbuat xidmətində çalışan jurnalistlərə verilən məlumata görə, qızın atası aqressivlik ifadə edərək, qapını açmaqdan imtina edirmiş.

Evdə yoxlanış keçirməyə nail olunduqda, qızın bütün o müddət ərzində dörd divar arasında saxlanıldığı məlum olub. Valideynləri uşağı təcrid etmək qərarlarını qızlarının "ətraf aləmlə qarşıdurmada" olduğunu düşündükləri ilə izah ediblər. Qonşularda şübhə doğurmamaq üçün evin qapısına böyük bir kilid vuran valideynlər özləri içəriyə pəncərədən daxil olurmuş. Qızcığaz azad olunduqdan dərhal sonra xəstəxanaya göndərilmiş, atası ilə anasının isə valideyn hüquqlarının məhdudlaşdırılması üçün məhkəməyə ərizə verilmişdi. Uşağın sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.

20 il yerin altında

Ən dəhşətli "ailə" hekayələrindən biri isə 2008-ci ildə Avstriyada üzə çıxmışdı - o vaxt bütün dünya öz qızını uzun illər yeraltı bunkerdə saxlayan 73 yaşlı ahıl avstriyalı Yozef Frittslin işi üzrə istintaqı təqib edirdi.

2008-ci ildə o, yerli xəstəxanaya gətirdiyi 19 yaşlı Kerstini uzun illər öncə itkin düşmüş qızının övladı kimi təqdim edib. Kerstinin əziyyət çəkdiyi xəstəlik ciddi olduğundan, həkimlər anasının da gəlməsini tələb etmişdi, qızın hər hansı tibbi tarixçəsinin olmaması da onlarda şübhə yaratmışdı. Bütün bunlar polisin diqqətini cəlb etdi - hələ 1980-ci illərin ortalarında hüquq-mühafizə orqanlarının əməkdaşlarının Frittslin itkin düşmüş kiçik qızı Elizabetin axtarışları nəticə verməmişdi. Frittslin qızı Elizabetin onunla əlaqə qurduğunu və ondan sonra bir neçə uşağını atasının öhdəsinə buraxdığını söylədiyindən sonra axtarışlar dayandırılmışdı.

2008-ci ildə Frittsl Elizabetin hərəkətini dini məzhəblərdən birinin üzvü olması ilə izah etməyə çalışdıqda, dini ayinlər üzrə ekspertlərdən biri onun bəhanə gətirdiyi əfsanəsini şiddətli şəkildə tənqid etmişdi. Nəticədə Frittsl qızını Kerstinin müalicə aldığı xəstəxanaya gətirmək məcburiyyətində qaldı. Bundan dərhal sonra Frittsl həbsə alınmış, qızı Elizabet isə polis tərəfindən ondan təcrid olunmuşdu. Atasının evinə bir daha heç vaxt dönməyəcəyinə dair söz verildikdən sonra Elizabet 1984-cü ildən bəri atasının onu həyat yoldaşı və qayınanası ilə birgə yaşadıqları evin zirzəmisində saxladığını bildirmişdi. Həmçinin Elizabet tez-tez şiddətli zorakılığa məruz qaldığını da söyləmişdi. Çox keçmədən keçirilən genetik müayinənin nəticələri Elizabetin dünyaya gətirdiyi yeddi uşağın hamısının atasının Frittslin özü olduğunu təsdiqləmişdi. 2009-cu ildə Yozef Frittsl ömürlük həbs cəzasına məhkum edildi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 146
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 917
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 783
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 217
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 295
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 220
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 294
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 425
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 466