Mahmudovun daha bir cinayətin üstü açıldı: Obyektə basqın, pul tələbi... – Təfərrüat

Mahmudovun daha bir cinayətin üstü açıldı: Obyektə basqın, pul tələbi... – TəfərrüatSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun daha bir cinayəti açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olan və MTN-də müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudov mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji" MMC-nin mühasibi Tural İsgəndərli barəsində rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda ona qarşı hədə-qorxu gəlib.

İstintaq sənədlərinə görə, Tural İsgəndərli 2013-cü ilin mayında "N" saylı hərbi hissədə hərbi xidmətdə olan qardaşı Murad İsgəndərliyə baş çəkməyə gedib, hərbi hissənin ərazisində avtomat silahla şəkil çəkdirməsinə dair faktı Vüqar Mahmudov və dəstənin digər üzvləri önə çəkiblər.

Vüqar Mahmudov Tural İsgəndərliyə hədə-qorxu gələrək, ondan külli miqdarda pul tələb etmək məqsədilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Xəzər rayon şöbəsinin sabiq rəisi Rafiq Səfərov ilə cinayət əlaqəsinə girib.

Vüqar Mahmudov məsələni Rafiq Səfərovla müzakirə edəndən sonra həmin şöbənin əməkdaşları tərəfindən Tural İsgəndərli Binəqədi rayonu ərazisində "İN Club" iaşə obyektindən zorla götürülüb.

Daha sonra onu MTN-in Pirallahı şöbəsinin sabiq rəisi Vüqar Süleymanova məxsus "Nissan Patrol" markalı avtomaşınla Xəzər rayon şöbəsinin inzibatı binasına aparıblar.

Orada Tural İsgəndərlinin bir neçə saat qanunsuz saxlayıblar. Onu cinayət məsuliyyətinə cəlb ediləcəyi, barəsində həbs qətimkan tədbiri seçiləcəyi, rüsvayedici məlumatları yayacaqları ilə hədələyiblər.

Vüqar Mahmudovun başçılıq etdiyi mütəşəkkil dəstənin üzvləri Tural İsgəndərlinin azad olunması üçün 50 min manat tələb ediblər, MTN-in Pirallahı rayon şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Kamil Seyidov vasitəsi ilə ondan 10 min ABŞ dolları, 500 manat alıblar.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1462   Tarix: 20 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880