Məhsulun və ya xidmətin qiymətini sahibkar deyil, bazar diqtə edir - İlham Məmmədovla MÜSAHİBƏ

Məhsulun və ya xidmətin qiymətini sahibkar deyil, bazar diqtə edir - İlham Məmmədovla MÜSAHİBƏ"Veysəloğlu" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov BiG.AZ-ın suallarını cavablandırıb.

-İlham bəy, ilk öncə istərdik "Veysəloğlu" şirkətlər qurupu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlər və layihələr barəsində məlumat verəsiniz.

-İlk öncə müsahibə üçün təşəkkürümü bildirirəm. "Vəysəloğlu" şirkəti 1994-cü ildən fəaliyyətə başlayıb və xarici ölkələrdən Azərbaycana qida məhsullarının idxalını və dağıtımını həyata keçirir. Həmin zaman ilk dəfə olaraq Türkiyədən məhsul idxal etməyə başladıq. Daha sonra ildən ilə bu ölkələrin sayı artdı. Hal-hazırda dünyanın 20-dən çox ölkəsinin 100-dən artıq fabrikinin məhsullarını Azərbaycana idxalını və dağıtımını həyata keçiririk. Hazırda ölkəmizdə dağıtımla məşğul olan çoxlu şirkətlər var. Bizi onlardan fərqləndirən əsas amil müştərilərimiz yanında bir çox aspektlərdə etimadımızı doğrultmağımızdır. Mağaza sahibləri, iş adamları bilirlər ki, bu məhsulu "Veysəloğlu" gətirirsə keyfiyyətində və çatdırılmasında şübhə yoxdu. Sifariş edilən məhsulların zamanında lazım olan ünvana çatdırılması şirkətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Sürətli, keyfiyyətli çatdırılma və münasib qiymət bizi digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlərdəndir. "Veysəloğlu" MMC olaraq Azərbaycanın istənilən bölgəsinə 24 saat ərzində idxal etdiyimiz məhsulun çatdırılmasını həyata keçiririk.

- "Veysəloğlu" şirkətlər qrupunun yaranması çətin bir dövrdə baş tutub. Bilirsiniz ki, o dövrlərdə bu qədər etibar qazanmaq çətin idi. Bu illər ərzində "Veysəloğlu" şirkətlər qurupu insanlarının inamını və etibarını qazanaraq necə brendə çevrilə bildi?

- Bunu doğru vurğuladınız. "Veysəloğlu" şirkətlər qurupu öz adını bu gün brendə çevirə bilib. İdxal və dağıtımdan əlavə eyni zamanda bu gün rəqabətə davamlı ixracyönümlü məhsul da istehsal edirik. Bu istiqamətdə adını qürurla deyə biləcəyimiz "Ulduz" şokolad fabrikimiz var. Avropanın ən müasir avadanlıqları ilə təmin edilmiş və beynəlxalq standartlara cavab verən şokolad fabriki dünyanın 20-ə yaxın ölkəsinə məhsul ixrac etməkdədir. Bundan əlavə "Veysəloğlu" şirkətlər qrupunun özünün sifariş və istehsal etdiyi də şəxsi markaları var.
Ümumiyyətlə, biznesin içərisində olmasan bu sahəni hiss etmək mümkün deyil. Bizim topdan və pərakəndə müştərilərimiz, həmçinin sıravi insanlar bilirlər ki, dağıtımını həyata keçirdiyimiz məhsulların keyfiyyətinə zəmanət veririk. Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, idxal etdiyimiz məhsullar Azərbaycanın müvafiq dövlət orqanlarının bütün tələblərinə uyğun olaraq laboratoriya analizlərindən keçirilir. Bundan əlavə biz ölkənin ərzaq təhlükəsizliyini həyata keçirən Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ilə də əməkdaşlıq edirik. Belə ki, idxal və ya istehsal etdiyimiz bütün məhsullarımız müvafiq laborator analizlərdən keçirilir. Bu gün biz əminliklə ölkəyə idxal etdiyimiz məhsullara zəmanət veririk. Doğrusu, bu çətin bir prosesdir. Biz artıq bu inamı və etibarı qazanmağa nail olmuşuq.

-Son illər dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına böyük dəstək verilməkdədir. Bu dəstək şirkətin istehsal və ixrac potensialında hansı müsbət dəyişikliklərə səbəb olub?

- Son 3 il ərzində ixrac olunan məhsullara dövlət tərəfindən böyük dəstək verilməsi müşahidə olunmaqdadır. Əsas məsələ istehsal etdiyimiz məhsulların "Made in Azerbaijan" adı ilə xarici ölkələrə ixrac edilməsində bu məhsulların keyfiyyətli və rəqabətəqabiliyyətli olmasıdır. Və bu istiqamətdə dövlət tərəfindən yüksək dəstək var. Qoyulan investisiyanın bir hissəsinin sahibkarın özünə geri qaytarılmasının özü bir stimuldur. Sahibkarlıqla məşğul olmaq üçün hüquqi baza ilə yanaşı həm də lazımi qanunvericilik, iqtisadi mühitin olması da vacibdir. Həqiqətən, ölkəmizdə bu gün sahibkarlıqla məşğul olmaq üçün hüquqi, iqtisadi və stabil siyasi şərait var. Yetər ki, işində şəffaf və dürüst olasan. Ölkə rəhbərliyinin sahibkarlara verdiyi dəstək danılmazdır. Cənab İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. İş adamlarına olan diqqət digərləri üçün də bir stimuldur. Hətta bilirsiniz ki, artıq bir neçə ildir ki, bəzi sahibkarlıq obyektlərində müvafiq dövlət qurumları tərəfindən bir sıra yoxlamalar dayandırılıb. Statistikaya nəzər saldıqda aydın şəkildə qeyri-neft sektorunun inkişafında özəl sektorun payının böyük rol oynadığlnı müşahidə etmək mümkündür. Ümumilikdə isə, ötən il Azərbaycanın ümumi ixracının 30 faizi özəl sektorun payına düşüb.

- İlham bəy, bilirik ki, "Veysəloğlu" şirkəti təhsil sahəsinə böyük dəstək verməkdədir. Şirkətin əməkdaşları mütəmadi olaraq rayonlara və bəzi dağ kəndlərinə səfər edərək oradakı uşaqlara məktəb ləvazimatları alır, onları sevindirirlər. Bundan əlavə şirkətinizin təhsil sektorunda başqa hansı sahələrin inkişafı ilə bağlı layihələr həyata keçirir?

- "Veysəloğlu" Şirkətlər Qrupunun özünün Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı var. KSM Proqramı çərçivəsində ekoloji layihələrlə yanaşı əsas hədəfimiz həmçinin təhsilə dəstəkdir. Eyni zamanda Qarabağ əliləri, şəhid və az təminatlı ailələrlə bağlı da bir sıra layihələrimiz var. "Gələcəyimiz ulduz kimi parlasın" layihəsində biz yeniyetmələrə və istedadlı gənclərə dəstək oluruq. Bundan əlavə Qarabağ əlilərinin və şəhid övladlarının təhsil almalarına da müxtəlif istiqamətlərdə dəstək oluruq. Ötən il aprel şəhidləri ilə bağlı 2 filmimiz çəkildi. Mətbuat Şurası və "Veysəloğlu" şirkətlər qrupunun əməyi sayəsində 2016-cı ilin aprelində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Polkovnik-leytenant Raquf Orucova həsr olunan "Ruhun həsrəti" filmi tamaşaçılara təqdim edildi. Bundan əlavə elə həmin döyüşlərdə helikopterdə şəhid olmuş 3 zabitimizə ithaf edilmiş "Aprel şəkilləri" filmin çəkilməsinə də dəstək olduq.

Bu yaxınlarda yazıçı-publisist Şərif Ağayarın qələmə aldığı şəhid Raquf Orucova həsr edilmiş "Komandir" kitabının çapına böyük sevgi ilə dəstək olduq. Bilirsiniz ki, 2018-ci ilin "Cumhuriyyət ili" elan edilməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyev müvafiq sərəncam imzlamışdı. Bununla bağlı şirkətin şəxsi təşəbbüsündən irəli gələrək "Cumhuriyyətin 9 şəkili " filmini çəkdik.

Bu gün "Veysəloğlu" şirkəti az təminatlı ailələrin övladlarına və Avropada təhsil alan xüsusi istedadlı gənclərə də öz dəstəyini göstərməkdədir. Bütün bunlarla yanaşı şirkətin daxildə də həyata keçirdiyi bir sıra layihələr var ki, onlardan da biri "Veysəloğlu Tələbə Təqaüd Proqramı"dır ki, burada da şirkətimizin əməkdaşlarının övladlarının ail məktəblərinin illik təqaüdünə də dəstək oluruq.

- Təəssüf ki, bu gün bəzi media qurumları əsası olmayan xəbərlər yayaraq nüfuzlu şirkətləri, şəxsləri ləkələməyə çalışırlar. Bu cür hallarla bilirik ki, sizdə qarşılaşırsınız. Bununla bağlı fikirlərinizi bilmək istərdik?

-"Veysəloğlu" şirkəti olaraq biz ictimaiyyətə, o cümlədən media nümayəndələrinə kifayət qədər açığıq. Şirkətlər Qrupuna daxil olan hər bir şirkətin ölkəmizdə istifadə olunan sosial şəbəkələrdə səhifələri var. Eyni zamanda bu şirkətlərin İctimaiyyətlə əlaqələr mütəxəssisləri də öz şəxsi profilləri üzərindən daim ictimaiyyəti maraqlandıran sorğulara açıqdılar. Edilən müraciətlər qeydə alınaraq aidiyyatı üzrə yönləndirilir və icrası nəzarətdə saxlanılır. Bilirsiniz ki, bu gün artıq ənənəvi jurnalistika ilə yanaşı vətəndaş jurnalistikası mövcuddur. Hər hansı vətəndaş qarşılaşdığı istənilən pozitiv və ya neqativ hadisəni ən qısa zamanda və özünün başa düşə bildiyi qədər şərh verərək ictimailəşdirə bilir. Bu səbəbdən də bizim İctimaiyyətlə əlaqələr mütəxəssisləri fəaliyyətləri ilə əlaqədar mətbuata və ictimaiyyətə açıq olmalıdır.
Qrup olaraq idxal, dağıtım və məhsul istehsalı ilə yanaşı ölkənin ən iri pərakəndə sektorunda paya malikik. Araz Supermarketlər şəbəkəsi olaraq gün ərzində yüz minlərlə insanla ünsiyyətdə oluruq. Ona görə də bütün kommunikasiya vasitələrindən istifadə edirik ki, ictimaiyyətilə əlaqələrimizi quraq və informasiyanı vaxtında və düzgün çatdıraq.

-Son dövrlər sizin şirkətinizə daxil olan mağazalar barəsində bəzi iddialar səsləndirilir. İddia edirlər ki, məhsulun üzərində olan qiymətlə qəbzə vurlan qiymət fərqlənir. Bu iddialar nə qədər doğrudur?

-Bu gün bazarda ən böyük supermarket şəbəkəsi Araz Supermarketlər şəbəkəsidir. Şəbəkə sayı nə qədər çoxalarsa insanlarla ünsiyyət də bir o qədər artır. İnsanlarla ünsiyyətə girən zaman qarşılaşacağımız suallar, istəklər və problemlər də çoxala bilir. Çünki ortada insan faktoru var.

Ölkədə fəaliyyət göstərən hər bir OBA marketlərində kaassaların üzərində qaynat xəttin, əlaqəli satış müdirinin nömrələri var. Günün hər bir zamanında istənilən vətəndaşın sorğusunu cavablandırmağa hazır olan komandamız fəaliyyət göstərir. Eyni zamanda Araz Supermarketdə müştəri məmnunluğu ilə bağlı 4 fəaliyyət istiqaməti üzrə xidmətimiz var. Alınan məhsulun geri qaytarılma, təzə məhsul etibarlığı, çap xəttası etibarlığı, qiymət etibarlığı. Bütün bunlar isə müştərinin bizdən razı qalmasına xidmət edir.

-Bu gün OBA marketində məhsullar digər marketlərdən ucuz satılır. OBA marketində məhsulların bu qədər ucuz satılmasına səbəb nədir?

- Artıq heç kimə sirr deyil ki, OBA marketlər şəbəkəsi məhsulu istehsalçıdan bir başa istehlakçıya çatdırır. Biz bu gün Hindistandan 100 faiz seylon çayını alıb araya vasitəçi qoymadan bir başa vətəndaşa çatdırırıq. Bu gün 800-dən çox filialı olan OBA marketlərinin böyük müştəri bazası var. OBA marketlər şəbəkəsinin inkişaflı ölkədə onlarla kiçik və orta sahibkara dəstəkdir. Yəni OBA marketlər şəbəkəsi ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verməkdədir. Biz istehsalçıya, fermerə deyirik ki, siz diqqətinizi və gücünüzü məhsulunuzun istehsalına yönləndirin. Daşınmadan, qablaşdırmadan narahat olmayın. Bunu biz sizin yerinizə edəcəyik. Ona görə də bütün bunlar OBA marketlərində məhsulların qiymətlərinin ucuz olmasına bu qədər təsir edir.

Araz marketlər şəbəkəsi ölkəyə süpermarket mədəniyyətini gətirdi. Düzdü Arazdan öncə də marketlər olub. Uyğun qiymət, keyfiyyətli məhsul, geniş çeşid və yüksək xidmət Araz supermarketlərin əsas hədəfidir.

-İstehlakçılar tərəfindən sizə ünvanlanan ən çox müraciətlər hansı istiqamətlər üzrə olur?

-Bizim bu gün 13 min işçimiz var və işçilərimizin 60 faizi 29, 80 faizi isə 34 yaşına qədər olan gənclərdir. Ona görə də "Vəysəloğlu" şirkətlər qurupuna gənclər şirkəti deyirlər. Bu gün ali məktəbi bitirib karyerasınının ilk pilləsini bizim şirkətdə quran yüzlərlə insan var.

- Kadr seçimində hansı kriteriyaları əsas götürürsünüz?

-Dürüstlüyə üstünlük veririk. Əgər işçi dürüst olarsa yerdə qalan məsələlər öz həllini tapacaq. Bilmədiyini də biz öyrədirik. Yetər ki, dürüst olub şirkətini, işini sevsin.

-Ölkəmizdə zaman-zaman bəzi məhsulların qiymətində bahalaşmalar müşahidə olunur. Bu yaxınlarda"Veysəloğlu" şirkətlər qrupunun istehsal etdiyi məhsulların qiymətinin artma ehtimalı varmı?

- Hal-hazırda hansısa bir qiymət artımından söhbət gedə bilməz. Bu gün bizim məhsullarda hər hansı bir qiymət artımı yoxdur. Məhsulun və ya xidmətin qiymət artımını sahibkar deyil, bazar diqtə edir. Xarici valyutanın məzənnəsinin oynaması bazara qiyməti diqtə edir. Təbii ki, sahibkar istəməz ki, bazarda qiymət qalxsın, alıcılıq səviyyəsi aşağı düşsün.

- Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri daha çox ictimaiyyət qarşısında öhdəlik daşıyır, yoxsa təmsil elədiyi qurum qarşısında?

- Mən deyərdim ki, hər ikisinin qarşısında bizim öhdəliyimiz var. İctimaiyyətlə əlaqələrin başında duran şəxs kifayət qədər şirkətini tanımalıdır ki, fəaliyyətini insanlara düzgün çatdıra bilsin. Bundan əlavə ictimaiyyətdə olan hadisələri də rəhbərliyə düzgün ifadə edə bilsin.
Məhsulun və ya xidmətin qiymətini sahibkar deyil, bazar diqtə edir - İlham Məmmədovla MÜSAHİBƏAysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1982   Tarix: 17 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

21:15 0
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0