"Eurovision"nun ulduz qonaqları onlardır

"Eurovision"nun ulduz qonaqları onlardır

Bir ay sonra İsraildə start götürəcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək ulduzların adı açıqlanıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə yarışma qalibləri Konçita Vürst, Mans Zelmerlöw, Dana International və Netta Barzilai səhnədə yer alacaq.

Bundan əlavə, ötən il Kipri beynəlxalq layihədə təmsil edən Eleni Foureira və Ukraynanın məşhur ulduzu Verka Serduchka mahnılarını ifa edəcək.

Həmçinin məşhur aktrisa Gal Gadot özəl şou göstərərək Təl-Əvivin tanıtımını edəcək.

Bu məqamda bildirək ki, şounun finalında dünya ulduzu Madonna da yer alacaq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 464 Tarix: 16.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər