Azərbaycanda kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdı

Azərbaycanda kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdıGəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinən İbrahimova Ulduz Firdovsi qızının məhkəmə prosesi davam edir.

BiG.AZ olke.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 17-nə təyin olunub.

Qeyd edək ki, bıçaqllanma hadisəsi ötən ilin may ayında Gədəbəy rayonunda qeydə alınıb.
Rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə orada işləyən Ulduz İbrahimova sataşıb. Bu zaman qadın sərxoş kişiyə xəbərdarlıq etsə də xeyri olmayıb. Nəticədə U.İbrahimova mizin üzərində olan bıçaqla Rövşənin döş qəfəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən U.İbrahimova isə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 932   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş