Joxadze, Kalleya, Bonomo və Yoksimoviç Səbinəyə dəstək oldular (Video)

Joxadze, Kalleya, Bonomo və Yoksimoviç Səbinəyə dəstək oldular (Video)Z.Yoksimoviç: "Səbinə gözəl səsə sahibdir"

Bakı Caz Mərkəzində Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayevanın şərəfinə mərasim təşkil olunub. Bu məkan Azərbaycan təmsilçisi üçün xüsusi önəm kəsb edir. Çünki Səbinə Eurovision 2012 təmsilçisi seçilənədək məhz buranın - Bakı Caz Mərkəzinin solo ifaçısı olub. Bu gün isə Səbinə Bakı Caz Mərkəzində Azərbaycan təmsilçisi kimi çıxış edib. Eurovision.az saytı xəbər verir ki, mərasimdə Səbinə Babayevanın qonaqları sırasında Türkiyənin müsabiqə təmsilçisi Can Bonomo, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, Malta təmsilçisi Kurt Kalleya, Gürcüstan təmsilçisi Anri Joxadze iştirak edib. Səbinə Babayeva mərasimə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"lə start verib. Daha sonra ölkə təmsilçisi repertuarındakı digər mahnıları, eləcə də "When The Music Dies"ı ifa edib. Səbinənin ifası mərasim iştirakçılarının böyük marağı ilə qarşılanıb.

Zeljko Yoksimoviç, Kurt Kalleya, Anri Joxadze və Can Bonomo Səbinəyə öz ifalarıyla dəstək olublar. Hər bir iştirakçı təmsilçimizə uğurlar arzulayıb, onun mükəmməl səsə və istedada sahib olduğunu deyiblər.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2290   Tarix: 22 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740