Bakıda parkda dəhşətli hadisə
Bakıda mübahisə edən kişilərdən biri digərini "atvyortka" ilə vurub yaralayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu mübahisə zəmnində qonşusu, 1951-ci il təvəllüdlü Bayramağa Novruzov "atvyortka" ilə qarnından vuraraq xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Novruzov şübhəli şəxs qismində tutulub.
BiG.Az


Xəbərlər Baxılıb: 853 Tarix: 15 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş