Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLAR

Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARBu gün ölkəmizin ilk uşaq televiziyası "ARB Günəş"in 4 yaşı tamam olur.

BiG.AZ xəbər verir ki, azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb.

Televiziya 10 aprel 2015-ci il tarixindən etibarən yayımını "Azerspace 1" peyki vasitəsilə həyata keçirir. "ARB Günəş"i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.

"ARB Günəş" efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. "Biz gələcəyik", "Yuxunuz şirin olsun", "Gəlin oynayaq", "Xəbərdar ol", "Mən məktəbli ikən", "Kiçikdən - böyüyə" və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirirlər.

Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.

"ARB Günəş" "ARB Media Qrup"a daxil olan digər telekanallarla, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Təhsil TV" ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər "ARB Günəş"in efirində yayımlanır.

Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli layihələrə imza atıb.

Belə ki, televiziya hər il ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı aksiya təşkil edir.

Qarabağ mövzusu, cəbhə bölgəsində yaşayan uşaqlar da həmişə diqqət mərkəzindədir. "ARB Günəş" 2016-cı ildə Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. "Onlar uşaqlığını yaşaya bilmir" devizi ilə lentə alınan videoçarxlarda ermənilərin balacaların "əlindən aldıqları", mərmi, silah səsləri ilə müşayiət olunan uşaqlıq ictimaiyyətə göstərilib. Televiziya tərəfindən 2019-cu ildə çəkilən "Xocalı" klipində Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsi əks olunub.

Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il "ARB Günəş"in nümayəndə heyəti təmsil edir.

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir.

"ARB Günəş" gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.
Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLARAzərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 352   Tarix: 01 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhidin həyat yoldaşı: "Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız dünyaya gəldi" - VİDEO

Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirlərində şəhid olan Səbuhi Əliyevin həyat yoldaşı Lalə Əliyeva onunla bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, Səbuhi şəhid olduqdan yedd

21:40 1
.

Külək, yağış, qar - Sabahın havası

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var

12:52 515
.

10 yaşadək uşaqlar tez bir zamanda peyvənd olunmalıdır - Səhiyyə Nazirliyi

2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Səhiyyə Nazirliyindən -a verilən məlumata görə, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrl

11:47 418
.

Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb. "Report"a istinadən xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb. Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcay

17:55 576
.

Meyiti 13 il betonun altında gizlətdilər- İllər sonra öyrənilən DƏHŞƏT

Türkiyədə 2010-cu ildə kirayəçiləri Nesip Sürmelini öldürüb meyitini evlərinin qaraj hissəsində basdıran şübhəli cütlük məhkəmə qarşısına çıxıb. BİG.AZ xəbər verir ki, məhkəmə qərarı ilə onlar ömürlük həbs edilib. Belə ki, cütlüyün öldürüldüyü və cəsədinin həmin vaxt kirayədə yaşadığı evin qarajınd

11:05 425
.

10 il sonra YENİDƏN: GTA 6 treyleri yayımlandı! Video 2 saat ərzində 15 milyon izləndi -VİDEO

Sonuncu dəfə 2013-cü ildə GTA 5 ilə oyunsevərlərə təqdim edilən və hələ də xeyli sayda insanın oynadığı oyunun yaradıcısı Rockstar Games pərəstişkarlarına müjdə verdi. Milyonlarla oyunçunun səbirsizliklə gözlədiyi Grand Theft Auto (GTA) 6 rəsmi olaraq yayımlandı. BİG.AZ xəbər verir ki, keçən həftələrd

11:35 357
.

"50 min manat nə böyük puldur ki?!" - Video

Xəbər verdiyimiz kimi, ötən həftələrdə müğənni Şəbnəm Tovuzluya canlı efirlərin birində xanım pərəstişkarı dəyəri 50 min manatlıq xarici markalı avtomobil hədiyyə edib. Məsələ ilə bağlı bir neçə il əvvəl efirdə dəbdəbəli "Range Rover" markalı nəqliyyat vasitəsi hədiyyə edilən müğənni Afət Fərmanqız

18:30 352
.

Kişi dırnaq boyası siləni içib öldü

Moskvada kişi dırnaq boyası təmizləyici vasitəsini içərək ölüb. Rusiya teleqram kanallarına istinadla bildirir ki, paytaxtın Vıxino-Julebino rayonunun 65 yaşlı sakini bir müddət əvvəl iki dəfə insult keçirdiyi üçün mütəmadi olaraq bir sıra dərmanlar qəbul edib. Onun xroniki aritmiyası da olub. Həya

12:27 282
.

Baxış qazanmaq üçün təyyarəni qəzaya uğratdı - VİDEO

Baxış əldə etmək üçün təyyarəni qəsdən qəzaya uğradan yutuber 6 ay həbs cəzasına məhkum edilib. xarici mənbəyə istinadən xəbər verir ki, 30 yaşlı yutuber Trevor Yakob 2021-ci ilin dekabrında əlində selfi çubuğu ilə təyyarədən tullanaraq paraşütlə yerə endiyi anların görüntülərini paylaşıb. Təyyarə havay

16:38 218