Uşaqların mütləq yeməsi lazım olan 10 əhəmiyyətli yemək (Siyahı)
Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Xüsusilə hər uşağın sağlam böyüyə bilməsi üçün yeməsi lazım olan 10 əhəmiyyətli yemək var.
Bəzi ləzzətli yeməklər, uşaqların aktiv həyat tərzləri üçün lazımlı olan hər şeyi qarşılamağa kömək edir.
1.Şirin kartof
Böyük bir qida qaynağı olan şirin kartofun dadı da çox gözəl. Bu sağlam və ləzzətli tərəvəz, kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof, şəkər xəstələri üçün də yaxşı bir variantdı, çünki qan şəkərini tənzimlemeyə kömək edir.
2.Brokoli
Bilindiyi kimi liflə dolu olan brokoli, inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardan biri. Brokoli eyni zamanda vitamin və mineral anbarıdı. Uşağınızın görməsinə və hüceyrə ziyanından qorunmasına kömək edir. Brokoliyi çiy yeyərək uşağınız aldığı lazım olan bütün qidaları qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Ya da brokoliyi az yağlı salata və dib souslara əlavə edə bilərsiniz uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.
3.Tam taxıllar
Çörəkdə, krakerlerde və yulaflı naharlıqlarda olan tam taxıllı yeməkləri uşaqlar sevər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Ayrıca bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliyinə qarşı indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın. Ancaq, doymamış yağ yəni trans yağ ehtiva edən krakerlerden uzaq durun. Hazır aldığınız krakerlerin paketlərin arxasındakı məzmunları mütləq oxuyun.
4. Pendir
Pendir uşaqlar üçün super bir yeməkdir, çünki uşaqlar pendiri çox sevirler. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir, sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor ehtiva edir. Ayrıca, araşdırmalar yeməklərdən sonra pendir yemənin diş çürüklərini önlədiyini göstərdi. Uşaqlarınıza pendirli buterbrod edə bilər, pendiri sağlam bir şorba ya da salatın içində təqdim edə bilərsiniz.
5.Qatıq
Pendir kimi, qatığı da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Qatığın hər boşqabı kalsium, zülal, karbonhidrat, B vitamini, sink və fosfor ehtiva edir. Canlı aktiv mədəniyyət olan qatıqlar isə immunitet sistemini dəstəkləyir və bağırsaq sağlamlığını yüksəldir. Bütün təbii qatıqlara təzə meyvə qataraq daha çox qida dəyəri təmin edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cipsler və ya naharlı yulaf qarışığı əlavə edə bilərsiniz. Uşaqlarınız üçün başqa bir alternativ olaraq, qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.
6.Ton balığı
Konserv ton balığı ilə uşaqlarınızın zülal, niasin, B vitaminləri, dəmir və sink ehtiyacını xərcə bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq, beyin inkişafına kömək edir və ürək sağlamlığını qoruyur. Ton balığındakı civə səviyyəsindən ötəri çox çox istehlak etməməlisiniz. Uşağınıza ton balığını buterbrodla ya da salatla yedirə bilərsiniz.
7.Çöl mersini
Yetkinlər və uşaqlar üçün, çöl mersini bədən üçün ən bəsləyici super qidalardan biridir. Kalium, C vitamini, lif, karbonhidrat və antioksidanlar ehtiva edən çöl mersini təzə olaraq hər uşağın bəslənməsində olması lazım olan bir qidadır. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən meyvəni, qatığa, yulafa əlavə edə bilərsiniz. Özünüzə aid təzə çöl mersinlərini, kiçik bir bağçada yetişdirib, təzə təzə uşaqlarınıza yedirə bilərsiniz.
8.Süd
Kalsium və fosfor, sağlam sümük inkişafı üçün lazımlı iki mineraldır. Süd, zülal, enerji yanacağı olan karbonhidrat, A vitamini və maqnezium ilə sümükləriniz üçün faydalı digər minerallar ehtiva edir. Tam yağlı süd iki yaşına qədər olan uşaqlar üçün yaxşıdır, ancaq iki yaşından sonra süddəki yağ nisbətini azaltmalısınız.
9.Yumurta
Məzmunundakı zülaldan ötəri super qida olan yumurta, çox faydalıdır. Zülaldan başqa yumurta, uşaqlar üçün lazımlı bir çox vitamin və mineralla doludu. Ayrıca A, D, E və B qrupu vitaminlərini əhəmiyyətli nisbətdə ehtiva edən yumurta, içində olan kolin sayəsində beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. Yumurtanı dəyişik şəkillərdə bişirə bilərsiniz, uşağınız hansı şəkildə sevirsə onu tətbiq edin.
10. Mal əti
Zülal, B vitaminləri, niasin, sink və dəmir ehtiva edən mal ətində, yumurta kimi beyin inkişafını təmin edən kolin da var. Yağ və xolesterol baxımından yetkinlərin çox yeməkdən qaçınması lazım olan ət, kiçik uşaqların beyin və bədən inkişafları üçün olduqca faydalıdı. Balanslı bir yemək üçün əti tərəvəz yeməkləriylə birlikdə verə bilərsiniz. Ya da əti manqalda kabab olaraq tərəvəzlərlə birlikdə bişirə bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










