Əhvalınız pisdirsə, gəzməyə çıxın

Əhvalınız pisdirsə, gəzməyə çıxınAyova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, hətta bir neçə dəqiqə ərzində çöldə gəzmək insanın əhvalını yaxşılaşdırır.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, alimlər tələbələrin iştirakı ilə 3 eksperiment təşkil ediblər. Eksperimentin birində tələbələrin bir qrupu 12 dəqiqə ərzində universitet şəhərçiyində gəzirdi, digər qrup foto və ya videoya baxırdı. Alimlər aşkar ediblər ki, birinci qrup tələbələrin əhvalı daha yaxşı idi.

2-ci eksperiment zamanı tələbələrə gəzməkdən əvvəl elan ediblər ki, onlar qayıtdıqdan sonra 2 səhifədən ibarət esse yazmalıdır. Lakin gəzməyin müsbət effekti bu halda da saxlanılıb.

3-cü eksperiment zamanı tələbələr videoya baxırdı. Bu zaman tələbələrin 1-ci qrupu otururdu, 2-ci qrupu ayaq üstə dururdu, 3-cü qrupu isə gəzişirdi.

Eksperimentin sonunda məlum olub ki, 3-cü qrup tələbələrin əhvalı daha yaxşı idi. Beləliklə, əhvalınız pisdirsə, stres vəziyyətinə düşmüsünüzsə, gəzməyə çıxın. Bu sizə kömək edəcək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 682   Tarix: 28 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Xidmetler