Iran 2006-cı ildə Azərbaycana hücum etmək istəyib

Iran 2006-cı ildə Azərbaycana hücum etmək istəyibIranın Azərbaycana qarşı aqressivliyi bu günün işi deyil. Siyasi hakimiyyətə yiyələnmiş farslar Azərbaycanın bölgədə Türkiyədən sonra ikinci bir Qərb yönlü bir dövlət olmasını həzm edə bilmirlər. Bu sözləri "Vətəninfo.az"a Mahmud Əhmədinecatın əmri ilə istefaya göndərilən İran ordusunu generalarından biri Facebook vasitəsi ilə aparılan müsahibədə bildirib. Adını müəyyən səbəblərdən açıqlamaqdan ehtiyatlanan general bildirib ki, bu gün İranda Azərbaycan əleyhinə aparılan kompaniyanın arxasında birbaşa siyasi hakimiyyət dayansa da Ali Dini Şura da proseslərə dəstək verir. "Amma Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, müstəqil Azərbaycanımızın əldə etdiyi nə varsa bizim qürurumuz,bizim fəxrimizdi. Biz qapalı bir cəmiyyətdə yaşaya bilərik. Ancaq içimizdəki Azərbaycanı bizdən heçkəs qopara bilməz. Azərbaycan eşqi-sevdası bizim qanımızdadı". İstefada olan general maraqlı bir məlumatda verib və bildirib ki, İran 2006-cı ildə Xəzərin statusunun həll olunmadığını əsas gətirərək, Azərbaycanın Xəzərdə kəşf olunan neft yataqlarında qazıntı işlərinə başlamasının qarşısını almaq məqsədi ilə müəyyən planlar həyata keçirməklə rəsmi Bakını provakasiyalara çəkməyə çalışıb. "Azərbaycan rəhbərliyi provakasiyalardan birinə tuş gəlmişdi və İranın siyasi hakimiyyəti Bakı üzərinə İran hərbi təyyarələrini göndərmək haqqında qərar qəbul etmişdi. Bu məsıələdə Əhmədinecat birbaşa israr edib və Bakının bombalanmasın istəyib. Amma son anda məslə dayandırılıb". General bildirib ki, Bakıya hərbi təyyarələrin göndərilməsinin təxirə salınması İran Hərbi qüvvələrində, xüsusəndə hava hücumundan müdafiə qüvvələrində ən yüksək vəzifələrədə olan azərbaycanlı generalların olması olub. " Biz hər birimiz ayrı-ayrılıqda İranda daxildə baş verənlərə müdaxilə etmə imkanımız olmasa da, Azərbaycanla bağlı həssaslığımız daima var. Kimsə bizi öz qardaş və bacılarımızın üzərinə bomba yağdırmağa məcbur edə bilməz. Əgər o təyyarələr havaya qalxmış olsaydı, bilin ki, ilkin olaraq elə farsların əyalətləri üzərinə bombalar yağacaqdı.Ordudakı hansısa general öz xalqına göydən bomba atacaq qədər fars rejiminin əsarətində deyil. Bu gündə orduda xalqımızı və Azərbaycanımızı sevın qüvvələr var və bu daima var olacaq. Buna şübhə ola bilməz. Əhəmədinecat məhz bunu bildiyi üçün orduda olan azərbaycanlı bir çox generalları istefaya göndərdi. Siyasi hakimiyyətin qorxduğu xalq və ordudakı soydaşlarımızdı.Gözəl bilirlər ki,bizim qarşımızı kimsə ala bilməz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7221   Tarix: 19 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831