Məşhur cütlük Kənanın anasına görə boşanır

Məşhur cütlük Kənanın anasına görə boşanır

Türkiyəli aktrisa Beren Saatla müğənni Kənan Doğulunun boşanmasına səbəb müğənninin anasıdır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı müğənni Seren Serengil verilişində deyib. Cütlük haqqında bir çox iddia səsləndirən Serengil bildirib ki, Kənan Doğulunun anası heç vaxt bu münasibətə müsbət baxmayıb. Bu səbəbdən də artıq cütlük boşanma ərəfəsinə çatıb:

"Serpil Doğulu heç vaxt Bereni gəlini kimi qəbul etməyib. Kənana bu gün çox vacib bir şey demək istəyirəm. Həyatda hamını birlikdə xoşbəxt edə bilməz. Ya özü xoşbəxt olacaq, ya da başqaları. Bunun seçimini etmək məcburiyyətindəsən. Beren sənin ailəndir. Ananı, qohumlarını sev, ancaq onların bir-birinə pislik etməsinə icazə vermə. Bereni əzdirmə". Müğənni davamında qeyd edib ki, aktrisa ailədaxili problemlərə görə narahatdır. Evliliyin ilk günlərindən xoşbəxt deyil. Kənan isə yumşaq xarakterli olduğu üçün problemləri həll edə bilmir.

Qeyd edək ki, Beren Saat həqiqətən də bir zaman qayınanası ilə problem yaşamış və bu səbəbdən onu sosial şəbəkədə izləməkdən çıxarmışdı. Hazırda 5 illik evli olan cütlüyün mart ayının 28-də boşanacağı ilə bağlı iddialar səsləndirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2689 Tarix: 25.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol