"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMA

"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMAErmənistan baş nazirinin "Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir" mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə əks etdirən Minsk Qrupunun həmsədrlərinin son bəyanatına bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış etmişlər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.

BiG.AZ-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində yer alıb.

"Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.

İkinci, ATƏT-in 1992-ci il 24 mart tarixində Helsinkidə Nazirlər Şurasının Əlavə Görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in Fəaliyyətdə olan Sədrinə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: "Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər". Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmasını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə müvafiq razılaşmadan sonra baxıla bilər.

Üçüncü, 1994-cü il ATƏT-in Budapeşt qərarından dəqiq sitat gətiririk: "Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar". Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixində əldə edilmiş atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimləbnəsində "maraqlı tərəflər" qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin, atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi" – deyə XİN-in şərhində bildirilir.

XİN xatırladıb ki, vaxtı ilə hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: "İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə azərbaycan tərəfinə münasibətdə formal üstünlük verməsi, hətta onları "seçilmiş nümayəndələr" adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi" (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk Qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağn hər iki icmasının bərabərhüquqlu olduğu bəyan edilmişdir.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt, sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 398   Tarix: 21 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 183
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 198
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 333
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 829
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 153
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 544
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 474
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 343
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 196