Bayramqabağı şad xəbər: Yaxın saatlarda müəllimlərin maaşları hesablarına yatırılacaq

Bayramqabağı şad xəbər: Yaxın saatlarda müəllimlərin maaşları hesablarına yatırılacaq
Bu gün ölkəmizdə ilaxır çərşənbə qeyd edilir. Qarşıdan isə Novruz bayramı gəlir. Bu münasibətlə demək olar ki, ölkədə bütün sosial ödənişlər, pensiyalar vətəndaşların hesabına köçürülüb.

Bizimyol.info ölkədə müəllimlərin çoxluğunu nəzərə alaraq onların əmək haqlarının bayrama qədər hesablarına köçüb köçməyəcəyi ilə bağlı araşdırma edib. Müəyyən olunub ki, yaxın saatlarda bütün müəllimlərin maaşları hesablarına keçiriləcək.

Saytımız bir çox orta məktəblərin mühasibatlığı ilə əlaqə saxlayıb. Məlumat verilib ki, “yaxın saatlarda bütün orta məktəb müəllimlərinin maaşları hesablarına köçürüləcək.”

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3657 Tarix: 19.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol