Dərimiz sağlamlığımızdan xəbər verir -

Dərimiz sağlamlığımızdan xəbər verir -Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Solğun və problemli dəri isə bir çox problemdən xəbər verir.

BiG.AZ xəbər verir ki, Dəri rənginin dəyişməsi dəridəki səpgilər, hansı vitamin və mineral çatışmazlığı ilə əlaqəlidir.

Dəri solğunluğu, quruluğu: Əgər dərinizdə solğunluq, quruluq, tük tökülməsi əlamətləri varsa heç bir təlaşa düşməzdən əvvəl gündə 2-3 litr çiy su içməyə başlayın. Bunu 2-3 həftə etdikdən sonra dəri əlamətlərinə baxın, əgər keçməsə qandan analiz verərək qanda qalxanabənzər vəz hormonlarını yoxlatdırın. Qalxanabənzər vəzin zəif işləməsi, qanda yodun çatışmazlığı varsa saydığım dəri əlamətləri tez yorulma, əsəbilik və ürəkdöyünmələrdə olmalıdır.

Əgər göz altında şişkinlik və rəng dəyişməsi varsa: Gündə 3 dəfə 1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb ilıq olanda 1 çay qaşığı bal qarışdırıb için, bunu 2 ay edin. Xatırladım ki, gözaltı şişkinlik və rəngin dəyişməsi böyrək, qaraciyər və ürək xəstəlikləri zaman ola bilir. Ud hindi saydığım bütün orqanlara müsbət təsir edir.

Əgər dərinizdə çibanlar çox çıxarsa: Hicama etdirin, hicama dəri sağlamlığı üçün mükəmməl bir çarədir. Hicama nəinki dəri çibanlarına, eyni zamanda dəridəki sızanaqlar, səpgilər varsa faydalı bir müalicə vasitəsidir.

Üzdəki sızanaqlar və göbələk xəstəliyi: Əgər üzünüzdə, kürəyinizdə sizi narahat edən sızanaqlar tez-tez çıxırsa dərinizdə əl və ayaq barmaqlarınızda göbələk varsa, ayaq baldırlarında, paça arasında qaşınmalardan əziyyət çəkirsinizsə alma sirkəsindən istifadə edin. Alma sirkəsinin təbii olması vacib şərtdir. Alma sirkəsini pambıqla gündə iki, üç dəfə dərinizə vura bilərsiniz.

Dəridəki nöqtəvari xalların çoxalması: Əgər dərinizdə nöqtəvari xallar çoxalırsa, deməli dərinizin immun qabiliyyəti azalıb. İmmunitetin yüksəldilməsi bu xalların azalmasına səbəb olacaqdır. Xatırladım ki, bu xallar HPV viruslarıdır, təhlükəli deyillər, amma insanı göründüyündən yaşlı göstərə bilirlər. Gündə 2 dəfə dərinizə qarazirə yağı çəkin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qarazirə yağı için, bu həm bədən müqavimətini, həm də dəri müqavimətini artırdığından dəriniz təmizlənəcəkdir.

Dəridəki kiçik qabarcıqlar və qabıqlanmalar: Bu daha çox A vitamini və sink mineralının çatışmazlığı nəticəsində baş verir. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan kök və balqabaq şirələrinin qarışığını için, bunu 2 ay edin, qoz, fındıq, xurma, badam, günəbaxan, araxis, zəyərək tumu, balqabaq toxumu, kərə yağı, yumurta bol-bol yeyin, əlamətlər aradan qalxacaqdır.

Dodaq çatlaması: Əgər dodaq çatlaması varsa, çiy su içmənizi çoxaldın, gündə 2-3 litr çiy su için. Şəkərinizi yoxlatdırın, şəkər xəstəliyi zamanda ağız quruluğu olduğundan dodaqlarda çatlama ola bilir. Əgər dodaqda çatlama və rəng dəyişməsi varsa onda B qrup vitaminlərin çatışmazlığı ola bilir, bol-bol göyərti yeyin, yaşıl buğda suyunu için, balqabaq şirəsi için, badam balqabaq tumu, araxisdə zəngin sink olduğundan dodaq çatlamasına faydalıdır.

Dəridəki tüklənmələr: Bu daha çox qadınlarda baş verir sifətdə və bədəndə kişi tüklənməsinə bənzər tüklənmələr baş verir, belə xanımlarda adət düzənsizliyi və diskomfort hallar meydana gəlir. Belə xanımlar ərküdə, aslan pəncəsi və boymadərən bitkilərini bir-birinə qarışdırıb, qarışıqdan 2 orta xörək qaşığı götürüb 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içsinlər. Müalicəni 2 ay edib bir ay isə 1 ovuc soğan qabığını 3 stəkan suda dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan soğan qabığının suyunu içsinlər.

Dəri qalınlaşması: Əgər qarşınıza belə bir adam çıxıbsa, əsasən qadın xeylaqlarında belə bir dəri qalınlaşması varsa, belə xanımların bədən formaları dəyişir kişi bədəninə bənzəyir, boyun ardında bir şişkinlik əmələ gəlir, belə insanlar hormonal dərmanlar qəbul edir. Bunu onlara çatdırın, hormonal dərmanlar bütün bədən formasını dəyişir, insanı eybəcərlişdirir. Xatırladım ki, hormonal dərmanları ziyansız dərman bitkilərinə dəyişmək olur. Bu bitkilər: Ərküdə, Biyan kökü, Aslan pəncəsi, Ud hindi, Qarazirə, Boymadərən, Adaçayı, Güldəfnə və s.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 649   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428