"Narkotikdən komaya düşmüşdüm" - Elşad Xose

"Narkotikdən komaya düşmüşdüm" - Elşad Xose"Mən deyəndə məni daşa tuturlar. Nəyin təsiridir bilmirəm. Kütlənin bu dərəcədə zövqsüz olması olmaz. Pul hamının gözünü örtüb. Vaynerləri çıxardın edin "xalq artisti", nə gəldi edin. Müəyyən məqamda senzura lazımdır. Eybəcər "Mashup"lar olmamalıdır. Keyfiyyətsizliyin çoxlu baxış toplaması məni pisikdirir".

BiG.AZ-ın məlumatına görə, bu sözləri reper Elşad Xose Murad Arifin "Popunuz var" adlı "Youtube" layihəsində deyib. İfaçı baynerləri tənqid edib.

"Eurovision 2019"da ölkəmizi təmsil edəcək Çingiz Mustafayevin "Truth" mahnısından söz açan Xose onu bəyənmədiyini bildirib:

"Bunlar niyə belə edir? onunla gedib Avropada heç kimi təəccübləndirə bilməzsən. Şərqlə bağlı nəsə et. Avropadan biri gəlib bizdə tar çalır. Qayıdarıq ki, sənə tardan dərs keçərik ey, get".

"Evimizi yıxan türk serialları oldu. Biz hələ o seriallara hazır deyildik. Son 10-15 ili götürəndə lazım deyildi. "Santa Barbara", "Prosta Mariya" da hələ beynimizə çatmırdı. Türk serialları xəyanəti öyrədir. Camaatda baxıb deyir, müasir həyat budur, ayaqlaşaq".

Bir vaxtlar narkotik maddə istifadə etməsi ilə gündəmə gələn Elşad artıq pis vərdişlərdən uzaq olduğunu deyib:

"İnsan necədirsə, elə də qəbul olunmalıdır. Narkotikin təsirinə düşmək üçün məsləhət görməyə çətinlik çəkirəm. Heç kim bundan sığortalanmayıb. Valideyn tərbiyəsinin də buna aidiyyatı yoxdur. Ən ziyalı, ən gözəl ailələr var ki, oğulları narkomandır. Yetərincə belə nümunələr var. Müəyyən məqamlarda rastına çıxan insanlarla, çevrə ilə bağlıdır.
Heç kim səni zorla narkoman etmir. Sənin özündən asılıdır. Ətrafında daha çox narkotik istifadə edənləri görəndən sonra özün qaşınırsan, dadına baxmaq istəyirsən. Pulun çoxluğu da insanı çaşdırır. Qorunmağın bir üsulu yoxdur. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Bir-iki sutkaya yaxın komada olmuşam. Özün bundan uzaq durmaq istəmirsənsə, xilas olmayacaqsan. Mən iyrəndim, ona görə özümə "stop" dedim".

Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1291   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063