"Əlil şəxslərə dərs keçəcək, onların imtahan suallarını yoxlayacaq kadrlar yoxdur" - Ekspert

"Əlil şəxslərə dərs keçəcək, onların imtahan suallarını yoxlayacaq kadrlar yoxdur" - Ekspert"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrin maliyyə xərclərini dövlət ödəyəcək.

Qanuna dəyişikliyin edilməsi sosial müdafiəyə ehtiyacı olan gənclərin sosial vəziyyətini gündəmə gətirib. Məsələ ilə bağlı BiG.AZ-a danışan təhsil üzrə ekspert Kamran Əsədov həmin gənclərin təhsili üçün zəruri olan önəmli məqamları açıqlayıb.

Əlil gənclərin maliyyə xərclərinin ödənilməsinin mühüm addım olduğunu vurğulayan ekspert bu sahədə olan nöqsanları xatırladıb:

"Azərbaycanın istər ali təhsil müəssisələrində, istərsə də orta ixtisas müəssisələrində və orta məktəblərdə fiziki məhdudiyyətli şəxslərin təhsili üçün demək olar ki, heç bir şərait yaradılmayıb. Şərait ondan başlamalıdır ki, təhsil alan şəxslər təhsil ocağında rahat hərəkət etməlidirlər. Əvvəla, bu problemdən başlanmalıdır. Amma bizim təhsil ocaqlarında hazırda bu imkanlar yoxdur. Bura birinci infrastruktur problemi, ikinci maddi texniki baza, yəni resurslar problemi daxildir. Bu gün tədris müəssilərində eşitmə və ya görmə qüsurlu olan şəxslərin oxuya biləcəyi kitablar, demək olar ki, yoxdur. Onlara ayrıca dərs keçə biləcək, yazdığı imtahan suallarını yoxlaya biləcək kadrlar bizdə yoxdur. Etiraf edək ki, bu gün Azərbaycanda inklüziv təhsilin əhatə dairəsi geniş olsa da, tətbiqi sahəsində ciddi problemlər var. Nəzərə alsaq ki, bu gün ölkəmizdə 40 mindən çox fiziki problemli vətəndaşlarımız var".

Ekspert qeyd edib ki, fiziki qüsurlu şəxslərin imtahan prosesi zamanı onlara heç bir güzəşt edilmir:

"Onlar tam sağlam şəxslərlə eyni otaqlarda imtahan verirlər. Onlara yalnız kimsə sualları oxuyur. 2008-2009-cu illərdə gözdən əlil 20-dən çox şəxsi qəbul imtahanına hazırlayarkən onlar imtahan zamanı çətinliklə üzləşirdi. Bu gün fiziki qüsurlu şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında onlara güzəşt etməli, işə qəbul prosesini sadələşdirməliyik. Onlara yol açmalıyıq ki, cəmiyyətə inteqrasiya olsun, kənarda qalmasınlar. Kənarda qaldıqda onların sağlamlığında daha ciddi fəsadlar ortaya çıxır. Sağlam infrastruktur formalaşmalıdır.

Əslində tam sağlam şəxslərlə fiziki məhdudiyyəti olan şəxslərə ayrı-ayrılıqda dərs keçməyə ehtiyac yoxdur. Sadəcə, auditoriyalarda imkanlar quraşdırılmalıdır. Məsələn, dinləmə linqafon aparatı, brayn əlifbası ilə kitablar və s. Elə etmək lazımdır ki, eyni mühazirə mətnləri hər bir tələbəyə bərabər əlçatanlıqda olsun. Bu gün görmə məhdudiyyətli şəxslər brayn əlifbası ilə oxumalıdır, lakin belə kitablar yoxdur. Orta ixtisas müəssisələrində olan kitabların isə keyfiyyəti aşağıdır. Bu gün bizim təhsil müəssisələrində auditoriyalarda bu imkanlar yoxdur. Belə imkanlar yaradılması üçün tədbirlər görülməlidir".

K.Əsədovun sözlərinə görə, universitetlərdə fiziki məhdudiyyətli tələbələr üçün mütləq şəkildə müəyyən şərait yaradılmalıdır:

"Bu gün dünyada ali təhsilin distant forması mövcuddur. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda təhsil alma formalarından biri distant (məsafədən) təhsil növüdür. Hazırda Azərbaycanda evdə təhsil yalnız orta təhsil pilləsi üçün nəzərdə tutulub. Ali təhsildə belə sistem mövcud deyil. Əgər onlara distant təhsil tətbiq edilərsə bir çox tələbələr bundan istifadə edəcək, ən çox da fiziki çatışmazlığı olan şəxslər. Onlar distant təhsilə cəlb olunarsa, həm də təhsilin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlılıq prinsipi tətbiq oluna bilər.
Universitetlər mütləq şəkildə infrastrukturunda dəyişiklik etməli və fiziki qüsurlu şəxsləri də nəzərə almalıdırlar".

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233