Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..."

Deputat problemli kreditlərdən danışdı: "Aztəminatlı ailələr üçün..."Ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir. Son aylar baş verənləri isə inqilabi islahatlar kimi də dəyərləndirmək olar.

Unikal.org-a müsahibə verən Milli Məclisin deputatı Sona Əliyeva ilə söhbətə elə bu mövzudan başladıq.

-Sona xanım, öncə son dövrlər həyata keçirilən islahatlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?

- Aparılan islahatların əhəmiyyəti sosial ədalətin bərpa olunması, əhalinin sosial cəhətdən həssas qruplarının - aztəminatlı ailələrin, əlillərin, təqaüdçülərin, tələbələrin, magistr və doktorantların sosial təminatının yaxşılaşdırılmasıdır.

- Cənab prezidentin problemli kreditlərin həlli ilə bağlı Fərmanı da vətandaşlar tərəfindən yüksək dəyərləndirilir. Bu barədə nə düşünürsüz?

- Cənab prezidentin sosial cəhətdən həssas qrupların təminatının yaxşılaşdırılması üçün atdığı addımlar əhali tərəfindən çox müsbət qarşılanıb. Həmçinin, problemli kreditlərin həlli ilə bağlı fərman verməsi də yüksək qiymətləndirilib. Hətta bununla bağlı bizə dəfələrlə minnətdarlıq və təşəkkürlər edilib. Arzu olunub ki, biz bunu parlamentdə, eləcə də mətbuat vasitəsi ilə səsləndirək. Bu aztəminatlı ailələr üçün böyük bir iqtisadi yükün çiyinlərindən qalxması deməkdir.

- Seçicilərinizlə görüş zamanı onlar bu fərmanı necə dəyərləndirir?

- Ümumiyyətlə, seçicilərimizin də böyük əksəriyyəti aztəminatlı ailələrdən olan qruplardır. Bizə daxil olan müraciətlərin əksəriyyəti də onların müraciətləridir. Normal maaşı, təminatı yaxşı olan ailələr çox az müraciət edir. Bunlar bizim üçün də hər mənada yaxşı haldır. Çünki bizə daxil olan müraciətlərin bir çoxu problemli kreditlər və təqaüdlərin qalxması ilə əlaqədar olur. Bu qərarlar bizə də bir növ dəstək verdi. Çünki bizim həll edə bilmədiyimiz problemlər bir anda həll olundu.

- Təəssüf ki, müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kanpaniyası aparır. Müxalifət isə həyata keçirilən islahatları onların təzyiqi ilə olduğunu iddia edir. Bu fikirlərə münasibətiniz necədir…

- Düşünürəm ki, bu müxalifətin növbəti pafoslu çıxışından başqa bir şey deyil. Kütləyə təsir etmək üçün düşündüyü və atdığı bir addımdır. Əlbəttə ki, bu belə qiymətləndirilmir. Ona görə ki, müxalifət əhalinin böyük bir qismini təşkil etmir. Onlar çox kiçik bir qrupdurlar. Əlbəttə ki, onların səsləndirdiyi fikirlər, əhalinin, xalqın və ya dövlətin istəyi arzusu deyil. Bunu sağlam olmayan və zəif müxalifətin özünə xalqın içərisində hər hansı bir güc, dəstək axtarması kimi başa düşürəm.

Sona xanım, Dövlətin gənclərlə bağlı siyasətini necə dəyərləndirirsiniz?

- Gənclərlə bağlı dövlətin siyasəti Ulu öndər Heydər Əliyevin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən olunub. Ulu öndər çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycanın gələcəyi gənclərin çiynindədir. Bu da ulu öndərin qoyduğu mirasdır, çox uğurla həyata keçirilir. Bildiyiniz kimi, bu yaxınlarda da gənclər siyasəti ilə bağlı qanunda əlavə və dəyişikliklər oldu. Bu əlavə və dəyişikliklər daha çox qanunverici bazanın təkmilləşdirilməsinə, ümumiyyətlə, gənclərin yolunun açılmasına xidmət edən qanun layihəsidir. Ümumiyyətlə, gənclərin son zamanlar vəzifələrdə irəli çəkilməsi, müəyyən postlara təyin olunması – bunlar hamısı göstərir ki, dövlət ümumiyyətlə, gənclərə və gəncləşməyə çox böyük diqqət ayırır. Təbii ki, bu parlamentdə də hiss olunur. Milli Məclisdə gənc deputatlar çoxdur və kifayət qədər uğurlu fəaliyyət göstərirlər. Gənc deputatlar arasında bir çağırış müddəti başa çatmamış yüksək vəzifəyə təyin olunanlar da var.

- Cənab Prezident İlham Əliyevin digər sərəncamı ilə tələbələrin təqaüdləri də artırıldı. Tələbələrlə daim ünsiyyətdə olan bir professor kimi bu addıma münasibətiniz necədir…

- Ümumiyyətlə, tələbə təqaüdlərinin artırılması tələbələr və gənclər üçün bir stimuldur. 2019-2020-ci tədris illərində dövlət sifarişli yerlərin sayı artırıldı. 2020-2022-ci illərdə dövlət sifarişli yerlərin 50 faizə çatdırılması düşünülür. Bu da tələbə təqaüdündən də daha vacibdir. Çünki dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı kifayət qədər çox olacaq. Bu da aztəminatlı və istedadlı gənclər üçün çox gözəl imkanlardır.

- Prezidentin Sumqayıta səfəri zamanı tələbə qızın Unverisitetlərin yataqxanasından tələbələrin istifadə edə bilmədiyini bildirmişdi. Xahiş etmişdi ki, bu problemin həllinə köməklik göstərsin. Prezident bu məsələnin yaxın zamanlarda həll ediləcəyini bildirmişdi. Bu məsələləri necə şərh edərdiniz…

- Ümumiyyətlə, Azərbaycanda tələbə yataqxanaları ilə bağlı problemlər var.Yoxdur desək, yalan olar. Bunun həlli istiqamətində isə bir çox addımlar atılır. Prezidentin də Sumqayıtdakı tələbə yataqxanaları ilə bağlı verdiyi qərar müsbət addımdır. Ümumiyyətlə, təhsillə bağlı verilən qərarlar, təhsilin bütün pillələrini, eləcə də Ali təhsil sistemini kompleks şəkildə və hər istiqamətdə əhatə edəcək.

- Prezidentin son zamanlar əhalinin arasında daha çox olması, regionlara mütəmadi səfərləri baş tutur. Vətəndaşlardan şikayət məktublarını şəxsən qəbul etməsi və dərhal reaksiya verilməsi də cəmiyyət arasında böyük rəğbətlə qarşılanıb. Bu barədə nə demək istəyərdiniz?

- Birmənalı şəkildə onu demək istəyirəm ki, Azərbaycan xalqı öz liderini sevir. Cənab prezidentin görüşlərində də bu çox aydın şəkildə görünür. Çünki səmimiyyət, ünsiyyət və sevgi elə bir hisslərdir ki, onun təzahürü o saat görünür. Bu da əlbəttə ki, əhali tərəfindən çox yüksək qiymətləndirilir. Xalqın öz sevdiyi liderini yanında görməsi, onunla görüşüb səmimi söhbət etməsi çox müsbət haldır. Bu da o deməkdir ki, liderimizin qəlbi xalqla döyünür və xalqla birlikdədir. Hətta biz dəfələrlə onun əhalinin yanında olduğunun şahidi olmuşuq.

- İlham Əliyevin Ağsuya səfəri zamanı Həcər Zamanova gözdən əlil nəvəsinin müalicəsi üçün kömək istəmişdi. Prezidentin göstərişi ilə yaşlı qadının nəvəsi müalicə üçün Türkiyənin ən qabaqcıl klinikasına göndərildi. Vətəndaşların sosial problemlərinin həll olunması üçün atılan bu cür zəruri addımları necə dəyərləndirirsiz?

- Bunu ancaq müsbət qiymətləndirmək olar. Bu barədə xəbər saytlarında oxudum. Məlumatım var ki, Prezidentin və Heydər Əliyev Fondunun dəstəyi ilə həmin gənc müalicə üçün Türkiyəyə göndərilib. Məhz, bunun özü də əhali arasında çox yüksək qiymətləndirilir. Ümumiyyətlə, cənab Prezident hər bir sahəyə çox diqqətlidir.

- Sosial şəbəkələrdə bəzi qruplar tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz ifadələr işlədilir, radikal çağırışlar edirlər. Bu da cəmiyyətdə böyük narazılıq doğurur. Bu cür halların qarşısının alınması üçün qanunvericilik sahəsində hansı addımların atılması planlaşdırılır?

- Bununla bağlı fikirlər müxtəlifdir. Bəzən deyirlər ki, bununla bağlı müəyyən qərarlar qəbul olunarsa, sərtləşərsə, bu qaydalara ziddir. Bəziləri insanın şərəf və ləyaqətinin alçaldılmasını insan hüquqlarına zidd sayır. Mənim düşüncəmi bilmək istəyirsinizsə, bu mənada qanunvericilikdə müəyyən bir təkmilləşdirmə aparılmalıdır. Çünki artıq həyat çox dəyişib. Bizim ikinci bir həyatımız var. Bizim ikinci həyatımız da virtual aləmdədir. O virtual aləmdə də adımız, soyadımız və bəzi məlumatlarımız var. Oradakı qaydaları da tənzimləmək mütləq lazımdır. Hətta bununla bağlı AŞPA-nın özündə də müxtəlif müzakirələr aparılıb. Bu baxımdan Azərbaycan da öz modelini tətbiq edərsə, gələcəkdə bununla bağlı hər hansı qanun layihəsi qəbul edərsə, mövcud dəyişikliklər edilməsi düşünürəm ki, bir çox hallarda insanların virtual aləmdə də hüquqlarının qorunmasına xidmət edəcəkdir.

Düşünürəm ki, buna ehtiyac var. Amma ümumilikdə sosial şəbəkələrin bağlanmasının əlehinəyəm. Bunu qəbul etmirəm. Çünki qəbul olunmuş, oturuşmuş demokratik dəyərlər var. Azərbaycanda hər hansı sosial şəbəkələrin bağlanması doğru addım olmaz. Sadəcə olaraq, normal həyatda olduğu kimi, virtual həyatın da müvafiq qanunvericiliklə və hüququ baza ilə tənzimlənməsinə ehtiyac görürəm.

- Komitənin son iclasında autizimli uşaqların da təhsilə cəlbi ilə bağlı məsələ qaldırıldı. Bununla bağlı da geniş məlumat verərdiniz.

- Bu da əslində bu günü və gələcəyin problemidir. Mən orada səsləndirmişəm ki, 6 mindən çox uşaq təhsildən kənar qalıb. 6 min uşağın müəyyən bir qismi onsuz da məktəbəqədər yaşa çatmayıb, bəziləri isə təhsilə cəlb olunub. Autizim başqa bir yanaşmadır. Nə uşaqların kəmağıllığı deyil, nə də normal sağlam uşaqlar kimi deyil. Onlara xüsusi yanaşma tələb olunur.
Bu son dönəmlər dünyada eləcə də Azərbaycanda da sürətlə artmaqdadır. Gələcək 50 ildə hər 10 uşaqdan 3-nün autizim sindromundan əziyyət çəkəcəyi ehtimal olunur. Təsəvvür edin 50 ildən sonra cəmiyyətin 30 faizi autizim sindromundan əziyyət çəkə bilər. Bu da çox qorxulu bir statistikadır. Bu, tək Azərbaycanın problemi deyil. Dünya da bununla mübarizə metodlarını seçmək üzərində düşünür. Bu nadir xəstəliklərdən biridir ki, müalicəyə tabe olmur.
Bunun ən gözəl yolu erkən təhşis və onların müvafiq təhsil və təlim yolu ilə cəmiyyətə inteqrasiyasıdır. Bunlar da kifayət qədər bahalıdır. Mənim də demək istədiyim bu uşaqlara xüsusi bir yanaşma tətbiq olunmağıdır. Dövlət tərəfindən reabilitasiya mərkəzləri yaradılsın və ora cəlb olunsunlar. Gələcəkdə bununla bağlı böyük problemlərlə qarşılaşmamaq üçün müəyyən addımlar atılmalıdır. Təəssüf edirəm ki, Azərbaycanda hər hansı bir dövlət qurumu bunun dəqiq statistikasını aparmır. Autizimli uşaqların ailələrinin də istəyi odur ki, hər hansı formada dövlət dəstəyi olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 535   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 147
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 130
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 154
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 175
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 150
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207