"Boşanma mövzuma görə, məşhurluqdan iyrənmişdim"

"Boşanma mövzuma görə, məşhurluqdan iyrənmişdim""Dörd il heç yerə çıxmasam da, tamaşaçı bunu hiss etmədi. Məşhurluqdan iyrənməyə başlamışdım, səbəbi isə boşanma mövzum idi".

Axşam.az xəbər verir ki, bu sözləri "5-ci element" proqramında əməkdar artist Tünzalə Ağayeva deyib.

O, boşandığı dönəmdə özünə qapandığını etiraf edib:

"Həmin dönəmlərdə çox stress yaşadım. Bir tərəfdən albomum, mahnım çıxırdı, Yaltada uğur qazanırdım. Digər tərəfə bu hadisə idi. Mənim həyatımda həmişə qara və ağ xəttlər paralel gedib. Bir tərəfdən alqışlanmışam, digər tərəfdən gözümün yaşı qurumayıb. Yaxşı ki, həmin dönəmlər sosial şəbəkələr yox idi. İndi isə hamı göz yaşını pr-a döndərib. Ailə problemimin qətiyyən müğənniliklə əlaqəsi yox idi. Bu, bir hadisə idi və Bakıda final etdi. Bir meyvənin ki, yetişməyini gözləyərsiniz, mən də o məqama gəlmişdim. Uğurlarım var idi deyə, insanlara maraqlı idim. Eqosu olan qadın kimi, çıxıb efirdə "xoşbəxtəm" deyirdim. Birdən hər şey tərsinə partlayır, özüm-özümə əks getmiş oluram. Sanki tamaşaçıma yalan danışmış kimi idim ki, əslində, xoşbəxt deyildim. Mənə məktublar gəlirdi ki, siz niyə efirdə "xoşbəxtəm" deyirdiniz. Çünki elə tərbiyə almışam, evimin, ailəmin problemini çölə çıxarmamışam. Heç nədən peşman deyiləm. Elə müdrik yaşımdayam ki, niyə mən bunu etdim söyləyəm. Bəraət də qazandırmıram, yaşadıqlarımdan nəticə çıxarıram. Lazım olanları yaşamışam, demək ki, yaşamalı idim. Çünki bu, mənim qərarım idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1615   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hüseyn Həsənov vergilərə 153 milyon borcludur

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var. "Qafqazinfo" "Baza" teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabların

10:30 243
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1150
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

10:52 846
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 731
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 474
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 745
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 424
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 4628
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

10:27 732