"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - Deputat

"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - DeputatXəbər verdiyimiz kimi, Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücum olub. Hücum nəticəsində 50-yə yaxın şəxs ölüb, onlarla insan yaralanıb. Şübhəli şəxs olaraq 1-i qadın olmaqla, 4 nəfər saxlanılıb. Bu hadisə məscidlərin mühafizə məsələsini bir daha gündəmə gətirib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, dini görüşlərinə görə günahsız insanların qətlə yetirilməsi ən böyük vəhşilik, allahsızlıqdır: "Mən bu terroru və vandalizmi pisləyirəm. Bu, Avropa ölkələrinin düşüncəsidir. Bu hadisə Avropa ölkələrində ilk dəfə baş vermir. Müxtəlif vaxtlarda da bu cür qətllər baş verib. Avropa ölkələrində İslama qarşı həyata keçirilən haqsız hücumlar, bu dinə qarşı insanlarda yaradılan istəksizlik terrorçuları stimullaşdırır. Əlbəttə, dünyanın ayrı-ayrı güc mərkəzləri İslamı radikallaşdırmaq üçün müxtəlif terror qruplaşmaları yaradır. Təbii ki, bu, vəhşilik və insanlara qarşı törədilən qətldir".

"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - DeputatDeputat qeyd edib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının səyləri nəticəsində kriminal vəziyyət tam nəzarət altındadır: "Ölkə daxilində bu və ya buna bənzər terror hadisələri üçün əsas yoxdur. Amma kənardan ölkəmizə gəlib bu cür vəhşilikləri törədə bilərlər. Bu təhlükə hər bir ölkə üçün var. Azərbaycanda da bundan sığortalanmayıb. ABŞ kimi nəhəng ölkədə 2001-ci ilin 11 sentyabrında terror hadisəsi baş verdi. Yüzlərlə insan həlak oldu. Düşünürəm ki, Azərbaycan da bu terror hadisələrindən sığortalanmayıb. Ancaq hüquq-mühafizə orqanlarımızın yüksək peşəkarlıqla və operativ şəkildə həyata keçirdiyi əməliyyatlar bizi bu cür terror hadisələrindən xeyli sığortalayır. Bir neçə il bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında da terror aktı törədilmişdi. Orada da günahsız insanlar qətlə yetirilib. Bu hadisədən sonra hüquq-mühafizə orqanları öz peşəkarlıqlarını daha da artırdılar. Demək olar ki, Azərbaycanda hər hansı bir terror aktını həyata keçirmək çətindir. Amma buna baxmayaraq məktəblərdə, universitetlərdə, məscidlərdə və insanların sıx toplaşdığı ərazilərdə polis postları qurulmalıdır. Bu cür kütləvi yerlər çox ciddi şəkildə qorunmalıdır. O yerlər silahsız və təcrübəsiz mühafizəçilərin ixtiyarına verilməməlidir. Dünya bu gün çox qarışıqdır. Ona görə də Daxili İşlər Orqanlarınının əməkdaşları kütləvi yerlərdə nəzarəti gücləndirməlidir".

Deputat Tahir Rzayev vurğulayıb ki, Yeni Zelandiyada məscidlərdə törədilən terror aktları ilə bağlı Türkiyə, Rusiya, ABŞ bəyanatlar verərək baş hadisəni pislədi:

"Bu, insanlığa qəsddir. Çünki 49 nəfərin öldürülməsi və xeyli müddət polislərin hadisə yerinə gəlməməsi insanları pis vəziyyətdə qalması yaxşı bir hal deyil. Qınanılası və görülməmiş hadisədir. Yeni Zelandiyanın prezidenti də bunu pislədi. Bildirdi ki, bu, Zelandiya tarixində görülməmiş bir hadisə və insanlığa qəsddir. Təhlükəsizliyimizi təmin edib, terrora qarşı mübarizəni gücləndirməliyik".

"Azərbaycan da terrordan sığortalanmayıb, məscidlərə polis postu qurulmalıdır" - DeputatDeputat söyləyib ki, terrordan heç kim sığortalanmayıb. Terrorçunun vətəni, milləti, məzhəbi yoxdur. Çünki bunlar öyrədilmiş və satılmış şəxslərdir. Onlar pul üçün hər şeyə gedirlər. Ona görə də heç bir ölkə terrordan sığortlanmayıb. Təhlükəsizliyin ən güclü təmin edildiyi ABŞ-da 11 sentyabrda nələr baş verdiyi hər kəsə bəllidir. Eləcə də İngiltərə və Fransa da nə qədər terror aktları törədilib. Terror gizli və düşünülmüş addımdır. Ona görə də bu məsələdə iz tapmaq çətindir.Ona görə də ölkənin təhlükəsizlik orqanları yaxşı işləməlidir. Məscidlər də polis postlarının qoyulmasına ehtiyac var. Türkiyə Xarici İşlər Naziri bu hadisədə qərbi günahlandırdı. Qərb İslama qarşı bu təbliğatı gücləndirir. Bu təbliğatın qarşısını almaq üçündə dinlər arasında əlaqələr olmalıdır. Əgər qərb İslamı pisləyib qarşı çıxırsa bu terror aktlarının sayı artacaq. Dinlər azaddır. Təəssüf ki, bu gün bəzi qərb dövlətlər İslam dininə qarşıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 16 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 145
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 162
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 291
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 210
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 185
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 484
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 358
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 156
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 216