Qeydiyyatsız yaşayanların NƏZƏRİNƏ – Cərimə oluna bilərsiniz – VİDEO

Qeydiyyatsız yaşayanların NƏZƏRİNƏ – Cərimə oluna bilərsiniz – VİDEORayonlardan bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir. Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.

ARB TV-nin "Günə Doğru" verlişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Sorğu- Sakin: "Qeydiyyatı rayondadır, kəndədir. Gəlib özü Bakıda yaşayır. Ev-eşik tikir".

Ramil Osmanlı _ Ekspert: "Vətəndaşların ərazi üzrə qeydiyyata düşməmələri həm də digər problemlərin yaranmasına gətirib çıxarır. Vətəndaşın müəyyən sosial hüquqlardan məhrumolma, eyni zamanda inzibati hüquqlardan məhrum olma kimi məsələlər var. Bəzi hallarda bu vətəndaşın müəyyən proseslərdən iştirakına mənfi təsir göstərir. Seçki prosesində, digər proseslərdə".

Bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş 6 ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.

Samir Qasımov – Vəkil: "Daimi yaşayış yerini dəyişirsə, tutaq ki, hansısa rayonda qeydiyyatdadır, gəlir Bakıya işləməyə və uzun müddət burda qalacaq. Həmin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Kirayə qalırsa, kirayə müqaviləsini təqdim etməklə və yaxud ev kimin adınadırsa, mülkiyyətçinin yazılı razılıgını təqdim etməklə yeni ünvana, yaşadıgı yerə qeydiyyata düşməlidir".

Ramil Osmanlı _ Ekspert: "İcarə müqaviləsində müvəqqəti qeydiyyata düşməklə bağlı bənd öz əksini tapa bilər ki, icarəyə verən öz mənzilini həmin müqavilə müddətində vətəndaşın o mənzilə müvəqqəti şəkildə qeydiyyata alınmasına etiraz etmir. Amma rəsmi müqavilələr olmadıgına görə, əksər hallarda, kirayə götürən də belə bir tələb irəli sürə bilmir".

Mənzilin qeydiyyatı olmadıqda da, həmin mənzilə kiminsə qeydiyyat düşməsində problem olur.

Ramil Osmanlı _ Ekspert: "Həmin fərdi yaşayış evlərinin mülkiyyət sənədlərinin olması qanunu şəkildə qeydiyyata düşmək üçün problem yaradır".

Samir Qasımov – Vəkil: "Qeydiyyatda deyil, tutaq ki, onun barəsində hər hansı cinayət işi varsa, əgər onun daimi qeydiyyatı yoxdursa, onda bu adam barəsində həbs qətiimkan tədbiri seçilə bilər, bu adamı lazım olanda, istintaq orqanı tapa bilsin".

Qanuna görə yaşayış yerini uzunmüddətli dəyişib, amma həmin yerdə qeydiyyata düşməyənlər cərimə oluna bilərlər. İnzibati xətalar məcəlləsinin 563-cü maddəsində buna görə 30 manat cərimə nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497