Azərbaycanlı "Professor" "Yırtıcı"nı məğlub etdi - FOTO

Azərbaycanlı "Professor" "Yırtıcı"nı məğlub etdi - FOTO
Azərbaycanlı kikboksçu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

“Professor” ləqəbli təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory 64” turniri çərçivəsində rinqə çıxıb.

Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı, “Yırtıcı” ləqəbli Murtel Qrunhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi altıncı görüşdə beşinci qələbəsi olub.(Oxu.az)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 1067 Tarix: 10.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər