Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Liza Minnelli və David Gest:

Məbləğ: 3.5 milyon dollar
Kim: Oscar mükafatlı müğənni/aktrisa Liza Minelli və prodüser David Gest
Nə vaxt: 2002-ci il
Harada: "Marble Collegiate" Kilsəsi, New York
Toy tortu 12 qatlı idi və Tony Bennett və 60 nəfərlik orkestr toy boyunca qonaqları əyləndirdi; aralarında Diana Ross və Lauren Bacallın da olduğu siyahı 500 nəfərlik idi. Boşandılar.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Paul McCartney və Heather Mills:

Məbləğ: 3 milyon dollar
Kim: Paul McCartney və model Mills
Nə vaxt: 2002-ci il
Harada: İrlandiya
Elton John, Eric Clapton və Ringo Starr dəvət edilən meqa ulduzlardan bir neçəsi idi. Gecə möhtəşəm bir hava fişəng nümayişi ilə sona çatdı. Evlilikləri pul və qızları Beanın vəkaləti üzündən həftələrcə sürən dava-dalaşdan sonra bitdi.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Elizabeth Hurley və Arun Nayar:

Məbləğ: 2.5 milyon dollar
Kim: Hind iş adamı Arun və model/aktrisa Hurley
Nə vaxt: 2007-ci il
Harada: Əvvəl İngiltərə "Gloucestershire" Qalasında, sonra da Hindistanda bir başqa qalada təşkil edildi. Toy 8 gün davam etdi. Hal hazırda evli və bir-birilərinə ilk günki kimi aşıqdirlər.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Tom Cruise və Katiye Holmes:

Məbləğ: 2 milyon dollar
Kim: Super ulduz/aktyor Cruise və daha az tanınan aktrisa Holmes
Nə vaxt: 2006-cı il
Harada: "Odescalchi" Qalası, İtaliya
David və Victoria Beckham, Brooke Shields, Will Smith və Jada Pinkett Smith, Jennifer Lopez kimi məşhurların da qatıldığı qonaq siyahısına sahib təşkilatda, gəlin və bəyin kostyumları şəxsən Giorgio Gerbi tərəfindən hazırlandı. 5 qatlı şokoladlı toy tortu əl istehsalı şokolad güllərlə dekorasiya edilmişdi. Hal hazırda evli və aşiqlər, və Suri adında ən az özləri qədər məşhur bir qızları var.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Elizabeth Taylor və Larry Fortensky:
Məbləğ: 2 milyon dollar
Kim: Məşhur aktrisa Taylor və inşaat işçisi Fortensky
Nə vaxt: 1991-ci il
Harada: Michael Jacksonun "Neverland" bağ evində
Taylorun səkkizinci evliliyi özündən 20 yaş kiçik inşaat işçisi Fortensky ilə reallaşdı. Micheal Jacksonun bağ evində reallaşan toyda gəlini təslim edən də Jackson oldu. Liz, Valentino tərəfindən özü üçün hazırlanan sarıbülbül sarısı bir gəlin paltarı geyindi və qonaqlar arasında Nancy Reagan, Eddie Murphy və Liza Minelli vardı. Çox təəssüf ki evlilikləri 5 il davam etdi.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Christina Aguilera və Jordan Bratman:

Məbləğ: 2 milyon dollar
Kim: Popun gənc ulduzu Aguilera və onun musiqi rejissoru Bratman
Nə vaxt: 2005-ci il
Harada: Napa, Kaliforniya
Cütlük toy gecəsini 3,500 dollar olan yaxtada keçirdi. Bir uşaqları oldu və ayrıldılar.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Elton John və David Furnish:

Məbləğ: 1.5 milyon dollar
Kim: Pop müğənnisi John və film prodüseri Furnish
Nə vaxt: 2005-ci il
Harada: Windsor Loncası, İngiltərə
Cüt bir-birilərinə "Windsor Locası"nda and içdilər, Şahzadə Charlesin eyni il daha əvvəl sevgilisi Camilla Parker Bowles ilə etdiyi kimi. Elton Johnun malikanəsində qonaq etdiyi 600 qonaq çəhrayı şampan içib, rəqs edərək, cütlüyün evliliyini qeyd etdi. Hal hazırda evli və çox xoşbəxtdirlər.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Michael Douglas və Catherine Zeta-Jones:

Məbləğ: 1.5 milyon dollar
Kim: Oscar mükafatlı aktyor Douglas və Zeta-Jones
Nə vaxt: 2000-ci il
Harada: New York / Plaza Hotel
Cütlüyə xoşbəxtlik diləyən məşhurlar arasında Sean Connery, Jack Nicholson və Michael Caine vardı. İstənməyən qonaqları çöldə tutmaq üçün Douglas və Zeta-Jones dəvətnamələrində holoqramlar istifadə etdi. Əyləncə bir çox Grammy mükafatlı ulduzları qonaq edirdi. Zeta-Jones "Lacroix" imzalı bir gəlin paltarı və tac geymişdi. Cütlük uzun illər və 2 uşağın ardından hələ də birlikdə xoşbəxt həyat sürürlər.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Tiger Woods və Elin Nordegren:

Məbləğ: 1.5 milyon dollar
Kim: Məşhur qolf oyunçusu Woods və Norveçli model Nordegren
Nə vaxt: 2004-ci il
Harada: Sandy Lane Resort, Barbados
Michael Jordan və Charles Barkleyin də arasında olduğu qonaqlar, əyləncənin "Hootie and the Blowfish" olduğu bir qəbula qatıldı. Tiger bütün oteli kirayəyə götürdü. Təşkilat sonundakı möhtəşəm hava fişəngi nümayişindən sonra yeni evlilər gecəni Tigerin yaxtasında keçirdi. Cütlük hal hazırda birlikdədirlər və Sam adında bir qız uşaqları var.

Dünyanın ən bahalı 10 toyu (Siyahı, Fotolar)Eddie Murphy və Nicole Mitchell:

Məbləğ: 1.5 milyon dollar
Kim: Komediyaçı Murphy və model Mitchell
Nə vaxt: 1993-ci il
Harada: Plaza Hotel / New York, görünən o ki, yüksək büdcəli məşhur nikahları üçün məşhur bir seçim
Bruce Willis, Demi Moore və Prince kimi məşhur simaların qatıldığı qəbulda cəmi 500 qonaq vardı. Gəlin 11 metr quyruğu olan bir gəlin paltarı geyindi və qonaqlar gecə boyunca əyləndi. Murphy Plazanın xalçalarını sırf toy təmasına uyğun gəlsin deyə ağa çevirtdirdi. 13 illik evlilikdən sonra təəssüf ki, boşandılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 15036   Tarix: 17 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424