"Tahir Əkbər zülm yaşadı, pulu olmadı" – Aybəniz Haşımova

"Tahir Əkbər zülm yaşadı, pulu olmadı" – Aybəniz Haşımova"Bu gün onun dünya ilə ölüm arasında qaldığı gündür. O qədər dünyada qalmaq istəyirdi ki, qəbir evinə də doğru-düzgün köç edə bilmirdi. Tahir Əkbər böyük bəstəkar idi. Düzdür, indiki dövrdə adamın arxasında vəzifəli qohumu olmayanda onun səviyyəsinin dərəcəsində "O, böyük ustad idi" deyənlər az olur. Amma bizim vəfalı xalqımız sənətkarını yaşatmağı bacarır. Allah sizdən razı olsun".

BiG.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərlə bağlı yazıb.

Müğənni bəstəkarın ölüm ildönümü olduğunu bildirərək, onunla bağlı xatirələrini bölüşüb: "Tahir müəllim artıq bir ildir ki, aramızda yoxdur. Amma niyəsə hələ də elə bilirəm ki, bu yuxudur. O, mənim həm də qonşum idi. Sonra evini qızının Dillər Universitetində illik ödənişini ödəyə bilmədiyi üçün satıb çox kiçik birotaqlı evə sığınmışdı. Hətta evini satdıqdan sonra mənə dedi ki, görəcəksən, o evdə çox yaşamayacam, öləcəm. Çünki satdığım atamın pulu ilə aldığım ev idi. O evdən atamın iyini alırdım. Mən də Tahir müəllimin çox üzülməsini istəmədiyim üçün dedim ki, ata evin deyildi ki, atanın verdiyi pulla almışdın. Balana xərclədin. Nə olsun ki, burda nə var…

Amma əslində burada çox şey var idi. Adamın yeni mənzili o qədər kiçik idi ki… Allahın ona yazığı gəlib. O boyda sənətkarın yatmağa rahat yeri olmadığı üçün onu bu dar dünyadan apardı.

Bəli, düz oxudunuz. Dar dünya! Ona və onun kimi ustadlara bu yer üzü dardır. Çünki dünyanın özü də ikiüzlüdür Biri gördüyümüz, digəri isə görmədiyimiz. Digəri bəlkə buradan da betərdir, kim bilir?!

Onu yalnız görənlər bilir. Ancaq bir onu bilirəm. Yazıq Tahir Əkbər dünyada əsl zülm yaşadı. Kişinin cibində pul olmayanda, onun üçün ölümdən də betərdir. Dəfələrlə uşaq kimi ağladığının şahidi olmuşdum.

"Aybəniz, bilsəm, dünyaya gəlməzdim" – deyə, o böyüklükdə sənətkarın necə ağladığını, boynubükük qaldığını, balasının qarşısında bağrının çatlamağının şahidi olmuşdum.

Görəsən, indi necə, rahatlaşa bildimi Tahir Əkbər?! Amma yox, yadımdan tamam çıxmışdı. Atasının qucağındadır axı yer üzündə 2 metrlik ev qisməti olmayanım. Artıq heç nəyin dərdini çəkməz. Daha onu nə balasının təhsil haqqı, nə dolanışıq, nə də gözlədiyi, amma bir dəfə də olsun gəlməyən üzərində haqqı olan insanlar narahat edəcək.

Allah sizə rəhmət eləsin, əziz qardaşım, böyük bəstəkar".

"Tahir Əkbər zülm yaşadı, pulu olmadı" – Aybəniz Haşımova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 835   Tarix: 04 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 396
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 347
.

"Torpaq yemək istəyirəm"

Ana olmağa hazırlaşan aparıcı Çinarə Əliyeva maraqlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "İncə səhər" verilişində qonaq olarkən danışıb. "Bütün gün sumax və keşniş yeyirəm. Kim bizə gəlsə, deyirəm bunlardan al. Mən uşaq vaxtı torpaq xoşlayırdım. İndi bağda iş görəndə istəyirə

03.05.2024 737
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 895
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşım edib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında paylaşıb. Fotoya çoxsaylı təriflər yazıblar. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Cütlüyün üç övladı var

04.05.2024 2295
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 379
.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

00:25 806
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 447
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1024