Əngəl tanımayan sevgi: Onları tale bir-biriylə qovuşdurub - FOTO

Əngəl tanımayan sevgi: Onları tale bir-biriylə qovuşdurub - FOTOOnlar dünyanın ən müəmmalı dövrlərinin başlanğıcında - 90-cı illərin əvvəlində anadan olublar. Fərqli xəstəliklərdən qaynaqlanan oxşar problemlə həyatlarına davam ediblər. Tale onları qarşılaşdırdıqda isə bir-biriləri üçün yaradıldıqlarını dərk ediblər və həyata birgə davam etməyə qərar veriblər.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, hər ikisi 1-ci qrup əlil olan Namaz və Fatma Gəncə şəhərində yaşayır. Qarşılıqlı sevgi və ailələrin xeyir-duasıyla ailə quran cütlüyün bir müddət öncə qız övladları dünyaya gəlib.

Onların hər biri ayrılıqda ən ağır əlillik dərəcəsində olsalar da, bacarıqları ilə çox şeyə nail olublar. Öncə Namaz haqqında:

29 yaşlı Namaz Namazov Gəncə şəhərində anadan olub. Körpəliyinin ilk aylarında normal inkişaf etsə də, sonradan səhhətində problemlər yaranıb. Bütün müalicələrə baxmayaraq, son nəticədən qaçmaq mümkün olmayıb. Xarici ölkələrdə aldığı müalicələr isə onun təhsil almaması ilə nəticələnib. Bu da sonrakı həyatında iş tapmaq üçün çətinliklər törədib.

Lakin heç bir məhdudiyyət onu ruhdan salmayıb, əlilliyi özünə problem etməyib. Qarşısına məqsəd qoyub, xəyallarını qurub və bacaracağına inandığı hər bir çətinliyin öhdəsindən gəlib. Həkimlərin ciddi qadağasına baxmayaraq, valideynlərindən xəbərsiz idmanın pauerliftinq növüylə məşğul olub. Anası oğlunun idmançı olduğunu yalnız ilk uğurundan sonra bilib.

Namaz 2015-ci ildə sağlam idmançılar arasında Gürcüstanda keçirilən pauerliftinq üzrə Avropa çempionatında iştirak edib. 42 kq çəkisi olmasına rəğmən, 3 hərəkətin sonunda 251 kiloqramın öhdəsindən gələrək birinci yerə layiq görülüb. Bütün uğurlarına davamlı məşqlər və məşqçisinin əziyyəti hesabına nail olduğunu deyən N.Namazov Avropa çempionluğundan sonra lazımi diqqət və vəsait çatışmazlığı səbəbindən idmandan uzaqlaşmaq məcburiyyətində qalıb.
Fatma Babayeva isə omba çıxığı və diz qapaqları olmadan dünyaya gəlib. Övladının belə olmasını bəhanə edən atası ailəni tərk edib. Anası Fatmanı saxlamaqda çətinlik çəkdiyi üçün onu Gəncədəki uşaq evlərindən birinə verib. Körpəliyindən qoltuq ağaclarıyla gəzməyi öyrəşən qızcığazı 9 yaşında xeyirxah bir ailə övladlığa götürüb. Bir dəfə belə, doğma atasını görməyən Fatma elə ilk valideyn nəvazişini bu ailədən görüb. Ailənin Fatmadan başqa 2 qız və 1 oğul övladları olmasına baxmayaraq, onu heç vaxt öz övladlarından ayırmayıblar. Ona nəvaziş göstərib, bütün çətinliklərin öhdəsindən gəlməsinə yardımçı olublar.

Bu dəstəyin nəticəsi olaraq Fatma öz bacarıqlarını hələ məktəb yaşlarından üzə çıxarıb. Evdə fərdi təhsil alan Fatma eyni zamanda toxuculuq dərslərinə gedib. Bacarığını görən rəhbərlik ona toxuculuq müəllimi kimi çalışmağı təklif edib. Toxuculuq müəllimi işləyən Fatma, eyni zamanda xalçaçılığın da sirlərini öyrənməyə başlayıb. Çox gözəl əl qabiliyyəti olan Fatma zövqlü xalçalar toxumaqla yanaşı çox gözəl hörmə işləri də görür. O, onu başa düşən bir ailəyə düşdüyü üçün özünü xoşbəxt hesab edir.

Cütlüyün bir müddət öncə bir qız övladları dünyaya gəlib. Hər iki valideyni 1-ci qrup əlil olan körpənin normal inkişaf etməsi bütün ailənin sevincinə səbəb olub. Körpə ailəyə sevinc gətirməklə yanaşı ailə başçısı üçün əlavə məsuliyyət də yaradıb. "Adam tək olanda belə şeyləri fikirləşmir, uşaq dünyaya gələndən sonra isə çətin gəlir" - deyən Namaz iş tapmaqda çətinlik çəkir.

Əsas dolanışıqlarının aldıqları 150 manat təqaüdlə başa gəldiyini deyən ailə başçısı bu pulun ancaq kommunal xərclərə çatdığını bildirir. Heç kimdən əvəzsiz olaraq heç nə qəbul etməyən Namaz ailəsini dolandırmaq üçün iş axtarır. Neçə illərdir adının Məşğulluq idarəsinin siyahısında olduğunu, dəfələrlə iş üçün Gəncə Şəhər İcra Hakimiyyətinə getdiyini, lakin qəbula düşə bilmədiyini təəssüflə dilə gətirir.

Ailənin çətinliklərindən biri də nəqliyyatla bağlıdır. Belə ki, ictimai nəqliyyatdan istifadə edə bilməyən ailə harasa gedərkən ancaq taksidən istifadə etməyə məcbur olur. Bir evdə iki nəfər yerimə məhdudiyyətli şəxsin olduğundan əlillər üçün verilən avtomobil növbəsinə yazılmaq istəyiblər. Lakin avtomobillərin yalnız Qarabağ müharibəsi əlillərinə verildiyi cavabını alıblar və bu istəkdən əllərini üzmək məcburiyyətində qalıblar.

Ailə başçısı hazırda yalnız bazar günləri şəhərin kənarında yerləşən "Mal bazarı"nda günəmuzd 5 manata işləyərək ailəsinə çörək pulu gətirməyə çalışır. Bakı və Gəncədə kompüter kursu bitirmiş Namaz oturaq işlərin hər birinin öhdəsindən gələ biləcəyini deyir. Lakin hansısa rəsmi quruma müraciət edəndə onu yanlış anladıqlarını söyləyir: "Mən kimdənsə qarşılıqsız bir şey istəmirəm, ailəmi saxlamaq üçün iş axtarıram".

Birgə həyatdan heç vaxt narazı olmayan ailənin bir himayəçisi də var. O, ailən bütün işlərinin yardımçısı, hər işdə dəstək verən, Namazın anası Gülnarə Namazovadır. "Nə qədər imkanım var, əlimdən gələn köməyi edəcəyəm" - deyən Gülnarə xanımın arzusu nəvəsinin sağlam böyüyərək valideynlərinin qulluğunda dura bilməsidir.

Əngəl tanımayan sevgi: Onları tale bir-biriylə qovuşdurub - FOTOƏngəl tanımayan sevgi: Onları tale bir-biriylə qovuşdurub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1865   Tarix: 03 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659