"Eurovision" keçiriləcəyi günlərdə Bakıda ictimai nəqliyyat 24 saat işləyəcək

Bakı Metropoliteni isə səhər saat 05:00-a kimi fəaliyyət göstərəcək
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcək vaxt paytaxda bəzi xidmət sahələri gücləndirilmiş iş rejimində işləyəcək. Əhalini daha çox maraqlandıran ictimai nəqliyyat "Eurovision-2012" keçirilən gün gecədən səhərə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun BiG.AZ-a verdiyi məlumata görə, paytaxt ərazisində bütün ictimai nəqliyyat vasitələri yarımfinal və final günü 24 saat əhalinin xidmətində olacaq.

"Bakı Metropoliteni, şəhərdaxili avtobuslar gecədən səhər saat 05:00-a kimi işləyəcək. Bundan başqa, Beynəlxaql Avtovağzal da gücləndirilmiş iş rejimində çalışacaq. Həmin günlərdə Nəqliyyat Nazirliyinin əməkdaşları xüsusi yoxlamalar aparacaq ki, nəqliyyatın işində problemlər olmasın", - deyə Namiq Həsənov bildirdi.

"Eurovision-2012" keçiriləcək günlərdə Bulvar ərazisində də həyat qaynayacaq. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, onsuzda günün 24 saatı təhlükəsizliyin təmin edildiyi bulvar ərazisində nəzarət daha da gücləndiriləcək. Həmçinin qonaqların və paytaxt sakinlərinin rahatlığının təmin edilməsi istiqamətində bütün tədbirlər görüləcək.

İçərişəhərdə də müsabiqə ilə bağlı yeniliklər var. "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azərinin ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən muzeylər gücləndirilmiş iş rejimində işləyəcək.

Belə ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu da daxil olmaqla bütün muzeylər səhər saat 09:00-dan axşam saat 21:00-a qədər işləyəcək. Bundan başqa, mayı ayının 17-dən 19-a qədər İçərişəhərdə III İncəsənət Festivalı keçiriləcək. Tədbirdə Qız Qalasının və ceyran balalarının maketlərinin nümayiş olunacaq.

Həmçinin "Eurovision-2012" ərəfəsində "Ask me"(Məndən soruş) adlı maraqlı layihəyə start veriləcək. Layihəyə əsasən yerli və xarici könüllülər İçəri Şəhər ərazisində üzərində "Ask me"(Məndən soruş) yazılmış köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar. Hazırda layihədə iştirak edən könüllülərə Qoruq İdarəsi tərəfindən xüsusi treninqlər keçirilir. Artıq ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü quraşdırılıb.

Bundan əlavə, İçərişəhərdə ictimai iaşə obyektlərinin sayının artırılması istiqamətində görülən işlər çərçivəsində milli mətbəximizin ləziz nümunələrini təqdim edən bir sıra yeni obyektlər açılıb.

Mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə Bakı şəhərində kafe, restoran, bar və digər iri ticarət mərkəzləri də səhərə qədər işləyəcək. Bakı şəhər Ticarət Xidməti Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi göstəriş verilib. Turistlərin və şəhər əhalisinin "Eurovision-2012" keçiriləcəyi günlərdə istirahətlərinin yaxşı təmin edilməsi məqsədilə şəhərdə əyləncə mərkəzləri də səhərə qədər işləyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1886   Tarix: 16 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447