Boğaz ağrısı və öskürəyi dərhal kəsən üsul - XALQ TƏBABƏTİ

Boğaz ağrısı və öskürəyi dərhal kəsən üsul - XALQ TƏBABƏTİQışda yayılmış qrip infeksiyaları tez-tez boğaz ağrısı və ağır öskürəyə səbəb olur.

BiG.AZ publika.az-a istinadən bu yazıda oxucuları boğaz ağrısını aradan qaldıran təbii müalicə üsulları ilə tanış edib.

İki sarının güclü birləşməsi

Limon və heyvanın güclü birləşməsi boğaz infeksiyalarını müalicə edir. Dilimlənmiş heyvanın üzərinə limon sıxıb 1 çay qaşığı bal tökün və əzib püre halına gətirin. Bu qarışığı hər səhər və ya axşam udun.

Limon güclü C vitamini qaynağıdır, eyni zamanda təbii antibiotikdir. Sitrik turşusu boğazı qələviləşdirməyə kömək edir.

Zəncəfil və bal

Bir çay qaşığı balla sürtgəcdən keçirilmiş zəncəfilin qarışığı boğaz ağrısına qarşı çox təsirlidir.

Soğan suyu

Soğan və sarımsaq bədənin bəlğəm toxumasının hava yolları ilə çıxarılmasına imkan verən kükürd komponentlərindən ibarətdir. Bu iki faydalı bitki bakterial infeksiyalarla mübarizə aparır. İki orta ölçülü soğanın qabığını təmizləyib iki hissəyə bölün və bir gün suda saxlayın. Ertəsi gün soğan suyunu için. Bu, boğazı rahatlaşdırıb öksürüyü azaldacaq.

Həm çiy sarımsaq, həm də çiy soğan boğaz infeksiyalarına qarşı güclü təsir göstərir.

Çiy kərəviz

Üzərinə limon suyu sıxılmış çiy kərəviz boğaz ağrılarını aradan qaldırır. Tərkibində olan bol C vitamini, kalium, maqnezium, sodium, dəmir və lif qələviləşdirici xüsusiyyətinə malikdir. Bu isə boğaz xəstəliklərinin inkişaf riskini azaldır.

Boğaz ağrılarına qarşı təbii vasitələr

Çobanyastığı, roybos və itburnu çayı boğaz infeksiyalarından müdafiə edir.

Hər səhər balı zəncəfil, sarıkök və istiot ilə qarışdırıb udun, bu, infeksiyaları aradan qaldırmağa kömək edir. Daha faydalı olmasını istəyirsinizsə, zəncəfil təzə olmalıdır. Qarışığın üzərindən dərhal su içməyin.

Közlənmiş yaşıl və qırmızı bibərin üzərinə az miqdarda su ilə sirkə tökərək yeyin. Bu üsul boğaz xəstəliklərinin müalicəsində çox effektlidir. Həmçinin xiyar və kələm turşusu da yaxşılaşdırıcı təsirə malikdir.

Boğaz ağrısını yüngülləşdirmək üçün bir ədəd mixək çeynəyə bilərsiniz.

Hər cür infeksiyalara qarşı hər gün 2 litrə yaxın su için.

Qara turp

Qara turp və bal alternativ tibbdə öskürək, bronxit və digər respirator sistem xəstəliklərin müalicəsində istifadə edilir. Qara turp qırmızısından daha faydalı xassələrə malikdir. C vitamini baxımından qara turp narıncı və digər meyvələrdən üstündür.

Qara turpun içini ovub bir-iki çay qaşığı bal töküb 12 saat bir kasada saxlayın. Turpun içindəki bal kasanın içinə sızmağa başlayacaq. Sonra stəkanın içinə süzülmüş suyu için. Bu, həm xəstəliyi sağaldır, həm də immun sistemini gücləndirir. Resepti yeməkdən yeməkdən əvvəl 2 və ya 3 qaşıq qəbul edin.

1. Bal ilə qara turp sahib olduğu yüksək antioksidant sayəsində qan damarlarını qoruyur.

2. İflic riskini azaldır, ürək döyüntülərini normaya salır, yorğunluğu aradan qaldırır və əzələ kramplarının sağalmasına kömək edir.

3. Qəbzliyin qarşısını alaraq həzm sistemini asanlaşdırır.

4. Toksinlərin tər yolu ilə sürətlə çıxarılmasını təmin edir.

5. Öskürəyi azaldır, bəlğəmgətirici xassələri sayəsində bronxiti müalicə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2597   Tarix: 24 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827