Orta əmək haqqı nə qədər olmalıdır?

Orta əmək haqqı nə qədər olmalıdır?Cari ilin mart ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 394,2 manat təşkil edib, bu rəqəm yanvar-mart aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 378,9 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.

Ekspertlər isə qeyd edir ki, mövcud şəraitdə orta əmək haqqı çox aşağıdır. İqtisadçı-alim Nazim Məmmədov deyir ki, orta əmək haqqı ən azı 800 manatdan aşağı olmamalıdır: "Bir Azərbaycan ailəsinin orta kommunal xərcləri 150 manatdan az deyil, üstəgəl istehlak xərclərinin əsas hissəsi olan yemək xərcləri adambaşına 116 manat da əlavə olunmalıdır.

Əgər ailə 4 nəfərdirsə, yemək xərcləri 464 manat, nəqliyyat xərcləri 120 manat, xırda geyim xərcləri adambaşına 200 manat edir. Bundan başqa müalicə, təhsil, kommunikasiya xərclərini də hesablanmalıdır".

Millət vəkili Əli Məsimli ümumiyyətlə işçilərin əmək haqlarının aşağı olmasını risk kimi qiymətləndirir: "20 il bundan əvvəl 1991-ci ildə Rusiyada adambaşına neft hasilatı bizdən xeyli yüksək olan zaman, Azərbaycanda ÜDM-də əmək haqqının payı 52 faiz, Rusiyada isə 44 faiz idi. İndi Azərbaycanda adambaşına neft hasilatı 5 tondan artıq, Rusiyada isə 4 tondan aşağıdır. Bunun müqabilində ÜDM-də əmək haqqının payı Rusiyada 50 faiz, Azərbaycanda isə 17 faizdən də aşağıdır. Ona görə də bu rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycanda büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının aşağı olması heç bir tənqidə sığmır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6505   Tarix: 16 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb. Ərdoğan Rusiya Prezident

13.12.2025 133
.

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir

Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram

13.12.2025 97
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

Azərbaycan "OpenAI" ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib

Azərbaycan "OpenAI" şirkəti ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib. "Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsind

13.12.2025 134
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb

Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirils

13.12.2025 172
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

Johnson & Johnson şirkəti müştərilərinə 40 milyon dollar təzminat ödəməli olacaq

Kaliforniya məhkəməsi Johnson & Johnson-un talk əsaslı məhsullarının təhlükəli olduğunu bildiyini, lakin istehlakçıları xəbərdar etmədiyini müəyyən etdi. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi Johnson & Johnson brendinin körpə pudrasının yumurtalıq xərçənginə səbə

13.12.2025 335
.

TOP MP3