Qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoyan Züleyxa HAKİM QARŞISINDA

Qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoyan Züleyxa HAKİM QARŞISINDAAzərbaycanlı qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1963-cü il təvəllüdlü Züleyxa Nüsrəddin qızı Həsənovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Züleyxa Həsənovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Xaçmaz rayon sakini olan Züleyxa Həsənovanın həbs edilməsi üçün əməliyyatı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Məlum olub ki, Züleyxa Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1310   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1443
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 212
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 408
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 206
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 171
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 190
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 163
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 165
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 188