Dünyanı şoka salan iddia — Planetimiz şarşəkilli yox, hamardır

Dünyanı şoka salan iddia — Planetimiz şarşəkilli yox, hamardırBineyi-qədimdən planetimizin kürəşəkilli olması məlumdur. Son dövrlər Yerin hamar olması barədə bir iddia səsləndirilib. Son iki ildə isə bu iddia getdikcə güclənir.
Bunu nəzərə alaraq dünya elmində səsləndirilən bu iddia barədə "Ölkə.Az" oxucularına məlumat verməyi lazım saydıq.

2017-ci ilin 25 sentyabr tarixində Rusiyanın "REN TV" kanalında "Ən şokasalan hipotezlər" verilişi yayımlandı. Bu verilişin mövzusu "Hamar Yer teoriyası" idi. Müəlliflər bildirdilər ki, XXI əsrin ikinci onilliyində planetimizin şarabənzər formada olması mifdir.

Verilişin qonaqları arasında NASA-nın keçmiş əməkdaşı Metyu Boylan da olub. O, iddia edib ki, peyklərdən alınan fotoları redaktə etmək məcburiyyətində olub və məqsəd Yerin şarşəkilli formada olmasını dünyaya bildirmək idi. Rusiyalı alim Pavel Sviridov da bu iddianı təsdiqlədi və bildirdi:

"Mən bu filmin yaranmasında iştirak etmişəm. Bildiyiniz kimi, televiziyada uğur reytinqlə ölçülür. Buna görə də sizə müraciət edirəm, bu film barədə məlumatı yayın, aktiv olun".

Sviridov bəyan etdi ki, NASA kosmonavtların orbitdən çəkdikləri fotoları yayımlamırlar, onlar əslində xromakey (foto çəkmək üçün yaşıl fon) və digər texnologiyadan istifadə edirlər, faktları təhrif edirlər. Verilişdə Yerin hamar olması barədə fikir bildirən digər bloqçulara və elm adamlarına da söz verilib.
Bu veriliş bir çoxları tərəfindən təəccüblə qarşılandı. Kütlənin böyük hissəsi bu hipotezi qəbul edə bilmirdi.

Hipotez necə ortaya çıxıb?

XIX əsrdə ingilis ixtiraçı və yazıçı Semyuel Roubotem bir kitab yazdı. O, kitabda şəxsi təcrübəsinə əsaslanaraq Yerin şarşəkilli yox, hamar olduğunu iddia etdi. Semyuel leksiyalar vasitəsilə teoriyasını tanıtdı və çoxsaylı tərəfdar topladı. ABŞ-da Roubotemin tərəfdarları hamar Yer teoriyasını təbliğ edən Xristian katolik apostol kilsəsi qurdular.
1956-cı ildə Beynəlxalq hamar Yer cəmiyyəti quruldu. Maraqlıdır ki, Qaqarinin uçuşundan və amerikalıların Aya enişindən sonra da bu təşkilatın cərgələrinə qoşulanlar çox idi. Yerin hamar olduğu barədə teoriyanı dəstəkləyənlər bildirdilər ki, Aya eniş Hollivudda çəkilən filmdir.

40 min kilometr ölçüsü olan disk

1992-ci ildə Vatikan rəsmi olaraq Qalileo Qalileyin əsərini üzə çıxardı və Yerin həqiqətən də Günəş ətrafında dövr edən tərpənməz səma cismi olduğunu bəyan etdi. Ənənəvi kilsənin heç bir nümayəndəsi bu gün planetin şarşəkilli olduğunu müzakirə etməz.

Bundan başqa Yerin hamar olduğunu iddia edənlər planetimizin 40 min kilometr diametri olan disk olduğunu, mərkəzində isə Şimal qütbünün olduğunu bildirirlər. Antarktida və Cənub qütbü əslində yoxdur. Planetin ən cənub hissəsində buz divarları var və bu divarlar planeti kənarlardan gələ biləcək təhlükələrdən qoruyur. Günəş, Ay və ulduzlar Yerin yuxarı səthində dövr edirlər.
Kosmosdan lentə alınan fotoları isə arqument kimi qəbul etmirlər. Onların fikrinə görə, alimlər sözləşərək insanlara yalan nümayiş etdirirlər.

2017-ci ilin may ayında amerikalı Derril Marbl özü ilə inşaatda istifadə edilən səviyyə ölçən cihazı təyyarədə ön oturacağın arxasındakı kiçik masaya qoydu. Onun hesablamalarına görə, 23 dəqiqə ərzində təyyarə 326 km məsafə qət etməli idi. Marblın fikrinə əsasən, əgər Yer şarşəkillidirsə, təyyarənin trayektoriyası üfüqdən 8 km aralanacaq. Bu fərqi aradan qaldırmaq üçün isə pilot təyyarənin burnunu aşağı salmalıdır. Amma bu baş vermədi və deməli Yer hamardır. Qravitasiyanı isə Marbl adi teoriya adlandırdı.
Bloqçu Jeranism isə avtomobili ilə şosse yolunda 144 km məsafə qət etdi və bütün yolu lentə aldı. Onun hesablamalarına əsasən, əgər Yer şarşəkilli olsaydı, bu səfər vaxtı 1.6 km hündürə qalxmalı idi. Yol hamar olduğu və yoxuşlar olmadığı üçün deməli Yer şarşəkilli deyildi.

2017-ci ilin iyul ayında rusiyalı məktəbli Maksim Ojerelyev internetdəki video kanalında planetimizin hamar olduğu barədə versiyadan danışdı:

"Mən tullandım. Yer saniyədə 400 metr sürətlə dövr edir. Mən aşağı düşürəm, amma eyni yerə enirəm. Bəs niyə mən 400 metr aralı məsafəyə düşmədim?

Axı planet hərəkət edir!"

Bu teoriyanı müdafiə edənlər bildirirlər ki, həqiqəti insanlardan gizlədirlər. Bunu isə masonlar edir. Cəmiyyətin kosmologiyası belədir:
Yer əslində diametri 40 min kilometr olan hamar diskdir və mərkəzində Şimal qütbü yerləşir;
Günəş və Ay Yerin yuxarı səthində dövr edirlər. Ulduzlar da belə dövr edir;
Qravitasiya yoxdur;
Cənub qütbü yoxdur. Antarktida isə əslində buz divarlarıdır;
Kosmosdan çəkilən Yer fotoları saxtadır;
Günəşin ölçüsü kiçikdir və Yerə yaxındır;
Kosmonavtlar kosmosa uçmurlar, video çarxlar planetimizdə çəkilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1886   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 200
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 231
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 212
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 169
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 160
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 355
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 436
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 405
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 252